Kitabxana işçiləri ilə təcrübə mübadiləsi aparılıb

 

 

Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzində ixtisasını artıran rayon MKS filiallarının (Abşeron, Tovuz, Astara, Göygöl, Sabirabad, Laçın, Qax, Bərdə, Tərtər, Şabran, İmişli, Zərdab) kitabxana işçiləri ilə təcrübə mübadiləsi aparılıb.

 

Dinləyicilərə kitabxana-biblioqrafik xidməti, metodiki vəsaitlərin hazırlanması haqqında məlumat verilib ALİSA avtomatlaşdırılmış kitabxana-informasiya sistemində kitabxana-biblioqrafiya proseslərinin həyata keçirilməsi qaydaları izah olunub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 5 iyun.- S.7.