Rübailin Rübailəri nəşr olunub

 

Bu yaxınlarda şair Rübailin Rübailər kitabı işıq üzü görüb.

 

Kitabın girişində qeyd olunub ki, oxucuların mühakiməsinə verilən bu rübailər toplusu şairin uzun illər müşahidə etdiyi hadisələrin bədii məhsuludur:

Dağlardan süzülən bulaq suyuna bənzəyən bu rübailər müxtəlif zövqlü oxucuların tələbinə yönəldilib.

 

Onlar buradakı dörd misrada istədiklərini tapa biləcəklər. Rübailərin mövzusunu məhəbbət, fəlsəfi mükalimə ictimai münasibətlər təşkil edir. Təzə bənzətmələr, gözlənilməz sonluqlar, oxucunu düşündürən məqamlar buradakı rübailərdə bir-birini əvəz edir.

Oxucunu təəccübləndirən mövzular həyati olduğu üçün tez yadda qalır asanlıqla əzbərlənir. Rübaildə hər kəsə pay düşəcək qədər təzə söz payı var.

 

Kitabın redaktoru A.Nəsimi kitabda yer alan Rübai haqqında dörd söz yazısında vurğulayıb ki, Rübail rübai yazarkən bu məsuliyyəti aydın dərk edə bilir.

Kitabda təqdim olunan rübailərdə təbiətlə cəmiyyət arasındakı əlaqə, münaqişə mübarizə oxucunu maraqlandıracaq səviyyədədir. Rübailin əsas dəyanət durumu onun fəlsəfi mahiyyətindədir. Kitabdakı rübailəri oxuduqca bir daha belə bir yəqinliyə gəlirsən ki, təsvirin fəlsəfi tutumu dərin olduqca rübai bir o qədər sevilir, yadda qalır deməli, yaşayır.

 

Kitabın rəssamı Cəmaləddin Dərbəndidir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 6 iyun.- S.24.