Jurnalist... Naşir... Şəxsiyyət

 

DOSTUM HAQQINDA YUBİLEYİ ƏRƏFƏSİNDƏ BİR NEÇƏ SÖZ

 

 

 

Bu gözəl, çox fəal həyatsevər qadınla biz onun öz qəzeti üçün yer icarəyə götürdüyüAyna-Zerkalonəşriyyat evində tanış olduq. 2000-ci ildə Lalə Abbasova qısa müddət ərzində paytaxt qadınları arasında populyarlıq qazanmış həftəlikQadın dünyasıqəzetini təsis etdi. İndi Azərbaycanda çeşid-çeşid nəşr olunan əsasənzərif cinsnümayəndələrinin oxuduğu parlaq, gözəl jurnallar o vaxt hələ yox idi. 2000-ci illərin əvvəllərində Lalə Abbasovanın qəzeti qadınlar haqqında qadınlar üçün dərc etdirdiyi çox maraqlı səmimi materiallar sayəsində respublikanın dövri mətbuat axınında öz bənzərsiz yerini tutdu.

 

O vaxta qədər isə Lalə xanım Bakının aparıcı kütləvi informasiya vasitələrində çalışaraq böyük təcrübə qazanmışdı. 20 ildən artıq Azərbaycanın qocamanVışkaqəzetində işləmiş, eyni zamanda o vaxtlar populyar olan “Baku”  qəzetinə reportaj informasiyalar, həmçinin dövlət radiosunun türkcə proqramları üçün verilişlər hazırlayırdı. Bu səbəbdən o, qəzetin baş redaktoru vəzifəsinə sanballı peşəkar vərdiş mətbuatda böyük təcrübəsiylə gəlmişdi.

 

Lalə Abbasova özündə həmişə təşkilatçılıq bacarığı hiss etmiş, özünü yeni keyfiyyətdə sınamaq, öz müstəqil nəşrini yaratmaq istəmişdir. Bundan əlavə, sosial təmayüllü ictimai fəaliyyət onu həmişə özünə çəkirdi. O vaxt respublikada problem çox, yoxsulluq səviyyəsi yüksək, sosial müdafiəsiz insanlar kifayət qədər idi. Doğulduğu yurdla heç zaman əlaqəsini kəsməyən, Xaçmaz əsilli Lalə Abbasova bu problemlərdən xəbərdar idi o, bu insanlara yollasa yardım etmək, onların taleyində pozitiv surətdə iştirak etmək istəyirdi. Belə ki, “Qadın dünyasıqəzetiylə yanaşı Lalə Abbasova 2000-ci ildə bu nəşrin nəzdində yaratdığı Xeyriyyə Fonduna da rəhbərlik etdi. O vaxtdan redaktorluq naşirliklə yanaşı Lalə xanım bu günəcən davam edən xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Lalə Abbasova faktiki olaraq Azərbaycanda bu hərəkatın pionerlərindəndir, o, ətrafına bir qrup həmfikir qadın toplamış onların köməyi sayəsində o illər üçün çox vacib, aktual aksiyalar keçirmişdir. Əvvəlcə Lalə Beynəlxalq Qadın Klubunun üzvləri ilə birlikdə Bakıdakı internatlara gedərək toplanmış maddi yardımı, geyim ərzağı paylamışdır.

 

O, 2001-ci ildə ilk dəfə Qubanın Zərdabi kəndində ixtisaslaşdırılmış internat-məktəbdə olarkən bu internatın necə naqis vəziyyətdə olduğunu aşkarlamışdır - orada yoxsulluq, bit-birəyə gətirmiş anti-sanitariya hökm sürürdü. Bu zamana qədər Lalə xanımın içində kifayət qədər məşhur maddi cəhətdən təminatlı qadınlar olan aktivi yaranmışdı. Onlar əlbir olaraq uşaqlara üst-baş, çarpayı, paltaryuyan maşın, televizor, kompyuterlər almışlar. Lalə Abbasovanın müvafiq dövlət strukturlarına müraciətindən sonra 2005-ci ilədək Qubadakı internat-məktəbə partalar avadanlıq verilmiş, “Azərsun holdinqşirkətinin köməyilə isə mətbəx sanitar qovşağı təmin edilmişdir. Bir neçə il ərzində bu internatdakı vəziyyət kökündən dəyişmişdir.

 

Bundan başqa bir neçə evsiz, valideyn himayəsindən məhrum qız Lalə Abbasovanın yardımı ilə layiqincə toy görmüş hətta mənzil əldə etmişdir (Lalə xanım Quba internatındakı bir gənc ailəyə öz fəal qadınlarının bu aksiyanı dəstəkləyən bir sıra yüksək vəzifəli məmurların köməyi ilə Xırdalandakı gənclik  şəhərciyində üçotaqlı mənzil almışdır). Xaçmazdakı uşaqlara öz hesabına 30 əlil arabası alıb vermişdir. Deputatlığının bütün beş ili ərzində Lalə xanım tərəfindən bayram günlərində əlil uşaqları olan ailələrə ərzaq hədiyyələri göndərilmişdir. Qarabağ veteranı olan bir seçiciyə Lalə Abbasova onun xeyriyyə işlərinə cəlb etdiyi sponsorlar sayəsində böyrək köçürülməsi əməliyyatı həyata keçirilmişdir beləliklə cavan bir şəxs həyata qaytarılmışdır. Lalə xanımın bu cür xeyirxah əməllərindən kifayət qədər misal çəkmək olar...

 

İndi erkən çağlarından Lalə xanımla internatlara uşaq evlərinə gedən qızları  Çıraqgənclik xeyriyyə fondu yaradaraq analarının yolunu davam etdirirlər. Fond bir neçə - o cümlədən, Qubadakı Şəkidəki internatlara yardım etmək fikrindədir. Bu gün Heydər Əliyev Fondunun Fondun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın sayəsində körpələr evi internatların çoxunun əsas sosial problemləri həll edilmişdir. Buna görə mənəvi, psixoloji intellektual dəstək  ön plana çəkilir. Uşaq evləri internatların gənc məzunları ali təhsil müəssisələrinə daxil olarkən, peşə seçərkən, axtararkən köməyə möhtac olurlar. ÇıraqFondunun yaradıcıları öz səylərini məhz bu istiqamətə yönəltmək niyyətindədirlər.

 

Bir dəfə hansısa məmur Lalə xanımdan təəccüblə soruşmuşdu:

 

- Bu sənin nəyinə lazımdır? - onun evsiz-eşiksizlərə yardım etmək üçün vəsait axtarışlarını nəzərdə tutmuşdu. - Elə bilirsən onlar buna görə sənə çox sağol deyəcəklər?

 

- Mənəçox sağollazım deyil. Kiməsə kömək edə bildiyim üçün qəlbən məsud rahatam, - cavabını vermişdi Lalə Abbasova. Bununla belə, o, heç vaxt öz aksiyalarını görk etmir televiziya cəmi bir neçə dəfə bu tədbirləri işıqlandırıb.

 

lll

 

...Ümumiyyətlə XXI əsrin ilk onilliyi naşir, redaktor, nəhayət Milli Məclisin deputatı Lalə Abbasova üçün fəaliyyətinin ən məhsuldar mərhələsidir. Belə ki, 2001-2003-cü illər Lalə Abbasovanın rəhbərliyi altındaAzərbaycan qadınları. XX əsradlı üç ensiklopedik toplu işıq üzü gördü. Bu toplular dövlət strukturları xarici səfirliklərin köməyilə dünyanın bir çox ölkələrinə göndərilmiş, planetin ən böyük kitabxanalarında layiqli yerini tutmuşdur. Üç dildə nəşr edilmiş ensiklopediyalar (Azərbaycan, rus, ingilis) Lalə Abbasovanın onun kiçik kollektivinin müasir Azərbaycan qadını obrazının - istər alim, pedaqoq, tibb xadimi, istər siyasətçi ictimai xadim olsun - təbliğinə böyük töhfəsidir. 2008-ci ildə Lalə xanım daha bir ensiklopediya çap etdirir: “Azərbaycan iqtisadçıları bunun da tirajı qısa müddətdə oxucularını tapır.

 

Naşir fəaliyyətindən başqa Lalə Abbasova özünü poeziya nəsrdə, həmçinin orta musiqi təhsilinə malik olaraq lirik vətənpərvərlik mövzularında mahnı yaradıcılığında sınayır. Onun artıq konsertlərdə, radio televiziya efirində səslənən 12 mahnısı var. onun istedadının bu tərəfi az adama məlumdur, çünki qeyri-adi yaradıcı enerjiyə malik olan, öz ətrafında ən müxtəlif insanları birləşdirə bilən, müasircəsinə kreativ Lalə xanım özünüpiar etməyi”, öz xidmətlərini nəzərə çarpdırmağı qətiyyən bacarmır.

 

2005-ci ildə o, kifayət qədər qısa müddət ərzində respublika və hətta beynəlxalq miqyasda bir çox yaddaqalan aksiyalar həyata keçirmiş “Qadın və Tərəqqi” qeyri-hökumət təşkilatını yaratdı. Bu aksiyalar sırasında “Qadınlara münasibətdə zorakılığa qarşı”, “Erkən nigahlarayoxdeyək”, “İcbari sığorta”, “QMO məhsullara “yox” deyək”, Dünya kinematoqrafında zorakılığın təbliğinə qarşı beynəlxalq konfransbir çox bu kimi layihələr var. Əlbəttə, bu aksiyalar mətbuatda və televiziyada işıqlandırılmışdır, lakin Lalə Abbasova üçün əsas bu deyildi. Əsas - onu narahat edən problemlərə baxışını ictimaiyyətə çatdırmaq və onların həll edilməsinə imkan daxilində öz töhfəsini vermək olmuşdur. Parlamentin III çağırışında Lalə xanım öz prinsipiallığı, vicdanlılığı, dairə seçicilərinin hüquqlarını fəal müdafiə etməsi ilə yadda qalıb. O, praktik olaraq hər ay, bəzən ayda iki dəfə Xaçmaza yollanır, buya digər problemlə yerindəcə tanış olurdu ki, Bakıya qayıdarkən mütləq bunun həllinə kömək etsin. Seçicilər indiyə kimi ona müraciət edirlər və o, eks-deputat statusuna baxmayaraq, əvvəlkitək dərhal köməyə tələsir...

 

Mən Lalə Abbasovanın ölkəsini necə sevdiyini, vətənin uğurlarıyla necə fəxr etdiyini, Prezidentimiz İlham Əliyev haqqında necə hörmət və rəğbətlə danışdığını bilirəm. O, əsl vətənpərvərdir və bu xüsusiyyətini alovlu nitqlərdə yaxud camaat qarşısındakı çıxışlarında deyil, konkret işlərində və layihələrində büruzə verir.

 

Əlbəttə, hər bir yubiley - dayanmaq, arxaya nəzər salmaq, bəzi nəticələr çıxarmaq və sonrakı hərəkətin istiqamətini müəyyən etməyə bir macaldır. Lalə Abbasovanın keçdiyi yola nəzər salarkən inamla demək olar ki, bu yol bütün maneələrə və çətinliklərə baxmayaraq onun tərəfindən ləyaqətlə keçilib. Onun bu həyatda bütün etdikləri isə insanlara mehribanlığı, səmimiyyəti və intəhasız sevgisiylə şölələnib.

 

Deyirlər, hər bir, hətta ən dahi rəssamın şah əsəri onun uşaqlarıdır. Lalə xanım bu sarıdan da xoşbəxt insandır. Onun üç yetkin, tərbiyəli, ayaq üstə möhkəm duran övladı varonlar Lalə xanımın həyatının əsas mahiyyətini, başlıca sərvətini təşkil edirlər.

 

Öz dostuma, tanınmış jurnalist, redaktor, naşirə bundan sonra da beləcə enerjili, güclükreativ olmağı arzulayıram. Əsas isə - onun hamımızın tanıdığı və sevdiyi Şəxsiyyət kimi qalmasıdır.

 

Elmira Axundova

525-ci qəzet.- 2015.- 6 iyun.- S.22.