Milli Konservatoriyada yeni və təkmilləşdirilmiş musiqi alətlərinin təqdimatı olub

 

Bu ilin 9 iyunu Azərbaycan musiqi mədəniyyəti tarixinə yaddaqalan, əlamətdar bir gün kimi yazıldı. Həmin gün Azərbaycan Milli Konservatoriyasının Böyük zalında Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasında uzun illərin bəhrəsi olan bir sıra yeni, habelə təkmilləşdirilmiş musiqi alətlərinin təqdimatı baş tutdu.

 

Qeyd edək ki, ümumiyyətlə yeni musiqi alətlərinin yaranması təkmilləşdirilməsi musiqi mədəniyyətimiz üçün kifayət qədər aktual bir məsələdir. Bu yeniliyin müxtəlif istiqamətlərdə, o cümlədən, dünya musiqi çevrəsində irsimizin səmərəli təbliği, eləcə ifaçılıq ənənələrinin daha da yüksəlməsi kimi məsələlərin inkişafına təsir göstərəcəyi şübhəsizdir.

 

Sözsüz ki, Azərbaycan Milli Konservatoriyasında ərsəyə gələn davamlı olaraq həyata keçirilən bu yeniliklər həm musiqi irsinin, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması baxımından təqdirəlayiqdir. Bu mənada Azərbaycan Milli Konservatoriyanın Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasında aparılan işlər böyük maraq doğurur. Belə ki, laboratoriyada kamança alətinin bütöv bir ailəsi yaradılmış, eləcə çəng səntur alətlərinin daha təkmil nümunələri hazırlanmışdır.

 

Təqdimat mərasimində giriş sözünü tədbirin aparıcısı musiqişünas, Konservatoriyanın elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova söylədi. O, Avropa musiqisində simfonik orkestrdə violin ailəsi olduğu kimi Azərbaycan musiqisində kamança ailəsinin zəruriliyini qeyd etdi. Lalə xanım bildirdi ki, həm yeni alətlərin - kontr, bas, bəm kamançanın yaranması, həm qədim alətlərimizin - çəng sənturun yeni şəkildə təqdim olunması Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının onun rəhbəri Məmmədəli Məmmədovun əməyinin göstəricisidir. Sonra isə Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov çıxış edərək təqdim olunan yeni təkmilləşmiş hər bir musiqi aləti haqqında müfəssəl məlumat verdi. O, salona toplaşanlara yeni alətlərin yaranmasının elmi əsaslarından, fiziki-həndəsi qanunauyğunluqlarından söz açaraq hər bir alətin hazırlanma materialı, ifaçılıq xüsusiyyətləri, tembri haqda geniş danışdı. Bundan əlavə M.Məmmədov təkmilləşdirdiyi səntur alətinə simlərin dartım qüvvəsinin stabilləşdirilərək tətbiqini səs qrafikinə uyğunlaşdırdığını vurğuladı.

 

Sonra isə sözügedən laboratoriyada görülən işləri, ərsəyə gələn yenilikləri, eyni zamanda yeni təkmilləşmiş alətlərin əyani görüntüsünü, bilavasitə laboratoriyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

 

Təqdimat mərasimində maraqlı konsert proqramı da yer almışdı. Daha dəqiq desək, ərsəyə gələn musiqi alətlərində muğam parçaları, bir sıra xalq mahnıları bəstəkar əsərləri səsləndirildi. Bəm kamançada tədbirin musiqi proqramının bədii rəhbəri, Respublikanın Əməkdar artisti, AMK-nın dosenti, tanınmış kamança ifaçısı Munis Şərifov, səntur alətində Azərbaycana İrandan təşrif buyurmuş həmvətənlərimiz Abid Ağanecat Mənsur Danişvər ifa etdilər. Eyni zamanda çəng alətində bu alətin yeganə ifaçısı, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblının solisti Fəzilə Rəhimova öz ifasını təqdim etdi. Bundan əlavə konsertdə yeni kamança ailəsinə aid alətlərdən ibarət simli kvartetin ifası böyük maraq doğurdu: Munis Şərifov, Aqşin Göyüşov, Asim Xəlilov Konservatoriyanın I kurs tələbəsi Toğrul Orucov çıxış edərək Sarı gəlin xalq mahnısını səsləndirdilər.

 

Sonda AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi təqdimata yekun vuraraq bir daha Konservatoriyanın Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasında görülən işlərin əhəmiyyətindən söz açdı bu cür təşəbbüslərin mədəniyyətimiz üçün zəruri bir addım olduğunu vurğuladı.

 

Fərdin MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 13 iyun.- S.20.