Azərbaycanda Milli İnsan Hüquqları Günü

 

Müasir dövrdə insanın hüquq azadlıqlarının təmini səmərəli şəkildə müdafiəsi hər bir dövlətin cəmiyyətin inkişafının mühüm amili kimi çıxış edir.

İyunun 18-i Azərbaycanda İnsan Hüquqları günüdür. Məlum olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il bu tarix ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Fərəhli haldır ki, Azərbaycan dünyada öz Milli İnsan Hüquqları Gününü qeyd edən yeganə ölkədir.

 

Müstəqil dövlətimizin milli bayramlarından olan bu əlamətdar gün ölkəmizdə təntənəli şəkildə qeyd olunmaqla yanaşı, hamı üçün, o cümlədən, insan hüquqlarının müdafiəsi ilə məşğul olan hər bir kəs üçün əziz önəmli bir gündür.

 

Təqdirəlayiq haldır ki, belə bir günün dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini demokratik prinsiplərə, ümumtanınmış insan hüquqları dəyərlərinə böyük önəm verdiyini bir daha nümayiş etdirir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il Milli İnsan Hüquqları Günü ərəfəsində mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan hüquqları aylığı"nın keçirilməsi elan edilir. Cari ildə bununla bağlı yerli mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə vətəndaş cəmiyyəti təşkilatlarına, QHT-lərə, habelə kütləvi informasiya vasitələrinə müvafiq tədbirlərin həyata keçirilməsi, insan hüquqlarına diqqətin bir qədər artırılması, bu hüquqların təmini təbliği məqsədini daşıyan tövsiyələr verilib.

 

Bölgələrdə əhalinin müxtəlif kateqoriyaları ilə görüşlərin keçirilməsi, insan hüquqları sahəsində maarifləndirilmə işi aparılması, insanları öz hüquqlarını öyrənməyə həvəsləndirmək məqsədilə müxtəlif müzakirələrin müsabiqələrin təşkili digər silsilə tədbirlər bu qəbildəndir.

 

"İnsan hüquqları aylığı" çərçivəsində müxtəlif nazirlik komitələr, hüquq-mühafizə orqanları daxil olmaqla dövlət qurumlarına, həmçinin respublikamızın bütün regionlarını əhatə etməklə, rayon şəhər İcra Hakimiyyətlərinə məktublar ünvanlanmış, aylıq çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi görülmüş işlər barədə Ombudsmana məlumat vermələri tövsiyə olunub.

 

İnsan Hüquqları Gününün təsis edilməsi ölkəmizin Konstitusiyasında təsbit olunan "insan vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir" müddəasının gerçəkləşməsinin təsdiqidir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gələn, ölkəmizin müstəqilliyi dövründə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən ilk Konstitusiyamızda demokratik dövlətin təməl prinsipləri ehtiva olunub, 48 maddədən ibarət üçüncü fəslin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılıb.

 

Ulu öndərin ən böyük amalı müstəqil dövlətimizin yüksək tərəqqisinə, davamlı inkişafına nail olmaq idi. Öz müstəqilliyini bərpa edən, hüquqi, demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanda müxtəlif sahələrdə, həmçinin insan hüquqları üzrə həyata keçirilən mütərəqqi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanun qəbul edilib Heydər Əliyev tərəfindən bu qanunun tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb.

 

Ümummilli liderin xeyir-duası ilə fəaliyyətə başlayan, şəffaflıq, qanunçuluq, ədalət qərəzsizlik kimi prinsiplərə sadiq olan, qanunla müəyyən olunan səlahiyyətlər daxilində fəaliyyət göstərən Ombudsman təsisatının yaradılması da Heydər Əliyev dühasının bəhrəsidir.

 

Respublikamızda insan hüquqları sahəsində ilk proqram "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" Ümummilli liderin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilib. Sonrakı iki sənəd - Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı İnsan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq olaraq 28 dekabr 2006-cı il 27 dekabr 2011-ci il tarixli Sərəncamları ilə təsdiq edilib.

 

Milli İnsan Hüquqları Günündə Ombudsman Elmira Süleymanova Aparatın əməkdaşları ilk öncə Fəxri Xiyabana gedərək, Ulu öndərin abidəsi, habelə Hökumət Evinin binasındakı büstü önünə qızılgül dəstələri qoyaraq ziyarət edib, dahi şəxsiyyətə hörmət ehtiramlarını ifadə ediblər.

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi zəbt olunub, bir milyon soydaşımız qaçqın məcburi köçkünə çevrilib, bütün fundamental hüquqlarından kütləvi surətdə kobudcasına məhrum ediliblər. Müharibədə 13894 nəfər vətəndaşımız şəhid olub. Əsir itkin düşən, girov götürülən vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, itkin düşən girov götürülən şəxslərin sayı 4016 nəfər təşkil edir. Onlardan 3256 nəfər hərbçi, 758 nəfər isə mülki şəxslərdir.

 

İnsan Hüquqları üzrə Müvəkkil əməkdaşları İkinci Fəxri Xiyabana gedərək, torpaqlarımızın bölünməzliyi uğrunda şəhid olan qəhrəmanların dəfn olunduğu Alleyanı ziyarət ediblər. E.Süleymanova qanında-canında qəhrəmanlıq, mübarizlik hissi güclü olan, misilsiz şücaəti xalqımız tərəfindən yüksək qiymətləndirilən Milli Qəhrəman Mübariz İbrahimovun dünən qeyd edilən ölüm günündə onun məzarı önündəki çıxışında yurdumuzun bu cəsur övladının igidliyinin, vətənpərvərliyinin gənclərdə, Milli Ordumuzun əsgər zabitlərində Vətən sevgisini, ruh yüksəkliyini, döyüş əzmini daha da artırdığını vurğulayıb. O, şəhidlik zirvəsinə ucalması 18 iyun - Milli İnsan Hüquqları Gününə təsadüf edən Mübariz İbrahimovun şücaətini, əsl vətənpərvərlik nümunəsi göstərdiyini vurğulayaraq, bu cəsur gizirin böyüyən nəslə örnək olduğunu, torpaqlarımızın azad olunacağına inam hissini artırdığını vurğulayıb.

 

Ombudsman Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı sosial xidmət müəssisəsi və Əlilliyi olan şəxslər üçün Müalicə pansionatı, habelə Buzovnadakı 1 saylı Psixonevroloji Sosial xidmət müəssisəsində olub, müvafiq surətdə fiziki imkanları məhdud olan uşaqlar, əlillər və ahıllarla görüşüblər.

 

Müvəkkilin nümayəndələri həmin müəssisələrin obyektlərinə - müalicə və yataq otaqlarına, yeməkxana və mətbəxə, ümumi əraziyə baxış keçiriblər.

 

Bununla yanaşı, Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla da görüş olub, onlar burada müntəzəm şəkildə keçirilən tədbirlərə və göstərilən diqqətə görə təşəkkür ediblər.

 

Zemfira MƏHƏRRƏMLİ

Ombudsman Aparatının Mətbuat xidmətinin rəhbəri

525-ci qəzet.- 2015.- 19 iyun.- S.2.