AYB şair Yusif Nəğməkarın 60 yaşını təbrik edib

 

 

Azərbaycan Yazıçılar Birliyi 60 illik yubileyi münasibəti ilə şair Yusif Nəğməkarı təbrik edib. Təbrik məktubunu oxuculara təqdim edirik.

 

Hörmətli,  Yusif  Nəğməkar!

 

Sizi - tanınmış istedadlı şairimizi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

 

Siz bədii yaradıcılığa ötən əsrin 70 - ci illərindən başlamısınız. İlk mətbu şeirləriniz hələ orta məktəb şagirdi olduğunuz illərdə Beyləqan, İmişli Ağcabədi rayonlarında çıxan “Yüksəliş”, “Qızıl Ulduz” “Sürət”, eləcə “Azərbaycan Gəncləri”, “Azərbaycan müəllimi”  qəzetlərində işıq üzü görmüşdür.

 

1977 - ci ildə siz N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinin  tələbəsi olarkən şeirləriniz böyük novator şairimiz Rəsul Rzanın diqqətini cəlb etmiş o, yaradıcılığınız haqqında “Ədəbiyyat İncəsənət” qəzetində “Şair sözü” rubrikasında “Təsadüf” adlı, “Uğurlu yol” xeyir - dualı yazı ilə çıxış etmişdir. Bundan sonra dövri mətbuatda bir müddət şeirləriniz “Yusif Mədət”, az sonra isə “Yusif Nəğməkar” imzası ilə çap edilmişdir.

 

Bədii yazılarınız “Azərbaycan”, “Çinar pöhrələri”, “Sabir poeziya günləri”, “Ana” albomu digər almanaxlarda, eləcə “Ulduz”, “Azərbaycan”, “Literaturni Azərbaycan” (rusca) jurnallarında, “Qobustan” toplusunda AYB-nin orqanı olan “Ədəbiyyat İncəsənət” qəzetində çap olunmuş olunmaqdadır.

 

“Sazın işığında” adlı ilk şeirlər kitabınız 1984 - ildə “Gənclik” nəşriyyatında çapdan çıxmış oxucuların marağına səbəb olmuşdur.

 

Siz 1977 - 80 - ci illərdə Beyləqan rayonunda müəllim kimi əmək fəaliyyətinə başlamış, sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Televiziya Radio verilişləri komitəsinin “Gənclər üçün proqram” baş redaksiyasında  ştatdankənar müxbir, kiçik redaktor, redaktor, məsul katib, studiya direktorunun müavini böyük redaktor vəzifələrində çalışmısınız.

 

Televiziya fəaliyyəti dövründə müxtəlif ölkələrə ezam olunaraq “Ulkana uçan zümrüd quşu” - “Sibirin qış nağılı”, “Bizim ellər yerindəmi”, “Sübh şəfəqləri” s. kimi silsilə verilişlərin yaradıcısı, redaktoru, ssenari müəllifi aparıcısı  olmusunuz.

 

Siz bir şair - publisist, bir vətənpərvər ziyalı kimi dövri mətbuatda vaxtaşırı olaraq zamanın nəbzini tutan publisistik yazılarınızla çıxış etmisiniz.

 

Siz lirik - fəlsəfi şeirləriniz, poemalarınız, yenilik axtarışlarınızla oxucuların rəğbətini qazanmısınız.

 

2015 - ci ildə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə Türkiyənin Azərbaycandakı böyük elçiliyi AYB-nin birgə keçirdikləri ədəbi  müsabiqənin qalibi olmusunuz.

 

Sözlərinizə bəstəkarlarımız tərəfindən onlarca nəğmələr bəstələnib və onların əksəriyyəti dillər əzbərinə çevrilib.

 

Dünya ədəbiyyatından uğurlu tərcümələriniz olduğu kimi əsərlərinizin  bir qismixarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

 

İndiyədək “Sazın işığında”, “Bilsəydim ayrılıqdır...”,  “Alın yazım”, “Vəslin edamı”, “Çingiz çini”, “Zal ağacı”, “Bəsirət gözəli”, “Sevgim - mələklər yuxusu”, “Qələm səsi” və s. kimi 20 - dən artıq kitabınız çap olunmuşdur.

 

Siz  AYB-nin “Qılınc və qələm” və “Rəsul Rza” adına beynəlxalq ali ədəbi mükafatları laureatısınız.

 

Hörmətli Yusif müəllim!

 

Sizi, sevimli şairimizi, bir daha 60 illik yubileyiniz münasibətilə təbrik edir, sizə cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

“525”dən: Biz də təbriklərə qoşularaq şair Yusif Nəğməkara cansağlığı arzulayır, xoş arzularımızı bildiririk.

 

525-ci qəzet.- 2015.- 20 iyun.- S.30