Naxçıvanda xalq teatrlarının festivalı başlanıb

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının festivalına start verilib.

 

Festival Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq təşkil edilib.

 

Festivalın ilk günündə Babək rayon Xalq Teatrı görkəmli dramaturqumuz Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasının tamaşasını göstərib.

 

Tamaşanın nümayişindən əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət turizm naziri Sarvan İbrahimov çıxış edərək teatrsevərləri festival münasibətilə təbrik edib. Azərbaycan teatr sənətinin xalq teatrının inkişafı tarixindən danışan nazir xalqımızın yaratdığı qədim oyun meydan tamaşalarından geniş söhbət açıb. Bildirib ki, bu tamaşalar xalq yaradıcılığımızın, folklorumuzun qədim zəngin ənənələrini yaşadır. Muxtar respublikada xalq yaradıcılığına göstərilən qayğı diqqət öz bəhrəsini verməkdədir.

 

Sonra "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşasının təqdimatı olub. Komediyanın quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Səyyad Məmmədovdur.

 

Peşəkar teatrlarımız tərəfindən dəfələrlə səhnəyə qoyulan bu komediyanın mövzusu XIX əsrin 70-90-cı illərində Azərbaycan tacirlərinin həyatından götürülüb. Pula hərisliyi ifşa edən, caniliyin hökm sürdüyü mühiti tənqid edən komediya gülüş doğuran tip obrazlarla zəngindir. Tamaşaçı bu surətlərin komik situasiyalara düşməsinin şahidi olur. Hacı Qənbər, Hacı Salman, Molla Şəfi başqa obrazlar daha çox gülüş hədəfinə çevrilirlər.

 

Şərur Rayon Xalq Teatrı isə iyunun 25-də "Yuxu" tamaşasını təqdim edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 23 iyun.- S.7.