Fikrət Əmirov musiqisi Meksikada səslənib

 

 

Meksikanın paytaxtı Mexiko şəhərində Livan Respublikasının Mədəniyyət Günləri çərçivəsində silsilə konsert proqramları təşkil olunub.

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Mexiko şəhər filarmonik orkestrinin ifasında xalqımızın böyük bəstəkarı Fikrət Əmirovun "Ərəb mövzularında fortepiano orkestr üçün konsert" adlı əsəri təqdim olunub.

 

Mexiko Şəhər Teatrında keçirilən konsertdə orkestr tərəfindən həmçinin livanlı bəstəkar Camal Əbül Hüsn Belçika əsilli Fransa bəstəkarı orqanisti Sezar Frankın əsərləri ifa olunub. Orkestri livanlı bədii rəhbər baş dirijor Lubnan Baalbaki idarə edib.

 

Fikrət Əmirovun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, xəlqiliyi ilə dinləyiciləri özünə cəzb edib alqışlarla qarşılanıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 4 mart.- S 7