"Muğam aləmi" ərəfəsində daha bir konsert

 

Azərbaycan Mədəniyyət İncəsənət Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə keçirilən IV Beynəlxalq Muğam Festivalına həsr olunmuş silsilə tədbirlər davam edir.

"Çahargah" dəstgahına həsr olunan növbəti konsert əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova "Muğam sənəti", "Xalq Çalğı Alətləri İfaçılığı" kafedrasının tələbələrinin ifası ilə keçib. Ustad xanəndələrin tələbələrin ifasında həyəcan hissi ilə zəngin "Çahargah" dəstgahının xarakteri tam şəkildə öz əksini tapıb.

 

İfadan əvvəl Teyyub Aslanov ifa olunacaq dəstgahının tarixi, şöbələri haqqında ətraflı məlimat verib.

 

Universitetin müəllim tələbələrinin, muğam biliciləri muğamsevərlərin iştirak etdiyi konsertdə səs imkanları, seçilmiş qəzəllər Hacıbaba Hüseynovun təsnifləri vəhdət təşkil edərək, dinləyicilərə zövq verib.

 

 

 

525-ci qəzet.- 2015.- 5 mart.- S .7.