Səməndər Rzayev Dövlət Film Fondunda anılıb

 

  Martın 4-də Dövlət Film Fondunda Səməndər Rzayevin 70 illik yubileyi qeyd olunub.

Fonddan APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilən yubiley tədbirində S.Rzayevə həsr edilən fotosərgi nümayiş olunub, həyat və yaradıcılığı haqqında videoçarx göstərilib.

 

Kinematoqrafçılar İttifaqının katibi Cəmil Quliyev bildirib ki, Səməndər Rzayevin yaratdığı obrazlar Azərbaycan kinosunun inkişafında böyük rol oynayıb. Aktyor kinoya 60-cı illərdə gələn istedadlı aktyor nəslinin nümayəndəsi olub.

 

S.Rzayevin sənət dostları kinoşünas Aydın Kazımzadə, xalq artisti Rafiq Əzimov başqaları aktyorla bağlı xatirələrini bölüşüblər.

525-ci qəzet.- 2015.- 6 mart.- S.7.