Bizim Olimpiada festivalının qalibləri mükafatlandırılıb

 

Bakı şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə Q.Abbasov adına mədəniyyət sarayında Bizim Olimpiada adlı festivalın qaliblərinə mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib.

Bu ilin fevral ayı ərzində qurumun şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin, uşaq musiqi incəsənət məktəblərinin şagirdləri arasında təşkil edilən festival Bakı 2015 Avropa Oyunlarına həsr olunub.

Şagirdlərin rəsm əl işlərindən ibarət festivalın məqsədi Bakı 2015 ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar istedadlı uşaq, yeniyetmə gənclərin aşkara çıxarılması, onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onlara dövlət qayğısının artırılması, təsviri tətbiqi-dekorativ sənətin inkişaf etdirilməsidir.

Festivala 7-16 yaş qrupu üzrə şagirdlər qatılıblar. Nəzərinizə çatdıraq ki, rəsm işləri kağız, kətan digər materiallar üzərində işlənilib. Festivalda istənilən texniki üsulda (yağlı boya, quaş, akvarel, pastel, karandaş s.) çəkilmiş rəsmlər istənilən materialdan hazırlanmış əl işləri qəbul olunub.

Festivalda iştirak etmiş 322 işdən 44-ü əl işi, 278-i isə rəsm işidir. Qeyd edək ki, qalibləri müəyyən etmək üçün mədəniyyət incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti yaradılıb. Münsiflər heyəti tərəfindən ümumilikdə 105 seçilib ki, bunların 27-si əl işi, 78-i isə rəsmdir.

Təqdimat mərasimində münsiflər heyəti tərəfindən 10 nəfər rəsm işləri üzrə, 5 nəfər isə əl işləri üzrə qalib seçilərək Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi tərəfindən diplom hədiyyələrlə mükafatlandırılıb.

Sərgi bir həftə davam edəcək.

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 7 mart.- S.17.