Milli Konservatoriyadan Polad Bülbüloğluya hörmət və məhəbbətlə...

 

Bu yaxınlarda 70 illik yubileyi təntənəli surətdə keçirilən Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar müğənni, ictimai xadim Polad Bülbüloğlunun həyat yaradıcılığına nəzər saldıqda onun sənətinə marağın, pərəstişin, sözün əsl mənasında,vurğunluğun səbəbini anlayırsan. Polad Bülbüloğlunun musiqisində gözəllik,qeyri-adilik, müasirlik, eyni zamanda, fikir dərinliyi, ifasındakı özünəməxsusluq bunların vəhdətində dinləyicini ustalıqla cazibəyə salaraq təbii ahənglə idarə etmək qabiliyyəti çox güclüdür. Onun həyat dolu musiqisi insanın ömrünə yeni rənglər bəxş edir. Sanki Polad Bülbüloğlunun füsunkar sənətinin təsirindən ovsuna düşərək bu nəğmələrin qanadından yapışıb nurlu bir aləmə pərvazlanmaq istəyirsən.

 

Dünyada bir-birinə bənzəməyən gözəl, məlahətli, yanıqlı, həzin səslər az deyil. Hər bir ifaçının da öz oxu tərzi, mahnı yaratmaq istedadı var. Amma gəlin etiraf edək ki, Polad Bülbüloğlunun səsi bütün eşitdiyimiz avazlardan fərqlidir. Əlbəttə ki, Şərqin Konservatoriyası adlandırılan Azərbaycanın dilbər guşəsi, füsunkar Şuşanın təbiəti, atası Bülbülün bənzərsiz istedadı genetik olaraq onun qanına hopub yaradıcılığına sirayət edib.

 

Polad Bülbüloğlunun yubileyi ilə əlaqədar tədbirlərin davamı olaraq martın 5-də Azərbaycan Milli Konservatoriyasında keçirilən Elmi-praktiki konfrans özəlliyi ilə fərqlənirdi. Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi bu konfransda məruzəçilər konservatoriyada təhsil alan tələbələr idi. Məruzələrdə Polad Bülbüloğlunun həyat yaradıcılığının müxtəlif aspektləri hərtərəfli əks olunmuşdu. Belə ki, bəstəkarın yaradıcılıq yolunu işıqlandıran videoçarxın ardınca bakalavr pilləsində təhsil alan musiqişünas tələbələr Primova Nərmin ( II kurs) Ömrün 70-ci baharı, İsmayılova Lalə ( III kurs) Estrada janrının inkişafında Polad Bülbüloğlunun rolu, Həsənova Könül (I kurs) Polad Bülbüloğlunun kino musiqisi, habelə, magistrantlar- Hüseynova Həqiqət (I kurs) Füsunkar mahnılar müəllifi, Babayeva Aydan (I kurs) Eşq ölüm baleti mövzuları ilə çıxış etdilər. Konfrans zamanı Polad Bülbüloğlunun musiqisi səsləndirildi baletindən fraqmentlər təqdim olundu. Konservatoriyanın milli-vokal ixtisası üzrə təhsil alan I kurs tələbəsi Rüstəmova Aydanın ifasında Polad Bülbüloğlunun mahnıları böyük rəğbətlə qarşılandı. Sonda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Polad Bülbüloğlu ilə əməkdaşlığından söz açdı çoxillik dostluq əlaqələrindən yaddaşına həkk olunmuş maraqlı anları səmimi xatirələri tələbələrlə bölüşdü.

 

Nərmin PRİMOVA

525-ci qəzet.- 2015.- 7 mart.- S 17