"Bizim Teatr Festivalı-2" başlanıb

 

 

Milli Teatr Günü münasibətilə "Bizim Teatr Festivalı-2"nin açılışı olub. "Bir teatr, bir festival" layihəsi çərçivəsində reallaşan festival Bakı Uşaq Teatrının təşəbbüsü Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi ilə keçirilir.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının binasında keçirilən açılış mərasimində AXTİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov "Mustafa Mərdanov Səhnəsi" barədə məlumat verərək bildirib ki, ilk dəfədir, bu səhnədə festival keçirilir. İttifaq sədri bir neçə gün davam edəcək festivala uğurlar arzulayıb.

 

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan festival çərçivəsində 4 gün müddətində bir-birindən maraqlı tamaşaların nümayiş olunacağını bildirib, hər gün müxtəlif mövzularda çıxışlar və müzakirələrin keçiriləcəyini deyib. İ.Soltan "Çağdaş Azərbaycan teatrında uşaq teatrının yeri" mövzusunda məruzə ilə çıxış edib.

 

Sonra teatrın hazırladığı "Günahsız günahkarlar" tamaşasının anonsu təqdim olunub.

 

Daha sonra festivalın ilk tamaşası göstərilib. Elçin Hüseynbəylinin "Oyun" əsəri əsasında Rəşad Nurinin hazırladığı tamaşada baş rolları Niyaz Qasımov Könül Şahbazova ifa edib.

 

Qeyd edək ki, festivalın ikinci günündə Tuncer Cücenoğlunun "Bir yoxsul olsaydım" tamaşası nümayiş etdiriləcək. Bu, İlhamə Əhmədovanın quruluşunda Kəmalə Mustafayeva ilə Şahin Kazımovun oynayacağı tamaşadır. Həmin günün məruzəçisi Xalq artisti Hacı İsmayılov olacaq. Üçüncü gün Cəfər Cabbarlının "Əhməd Qumru" hekayəsi əsasında İntiqam Soltanın quruluşunda "Qucaqla məni" tamaşası göstəriləcək. Martın 14-də isə himnə bayrağa həsr olunmuş, Ayşad Məmmədov İntiqam Soltanın quruluşunda hazırlanmış, Niyaz Qasımov, Cavanşir Məhərrəmov Rauf Hüseynlinin ifasında sözsüz "Vətən" tamaşası nümayiş olunacaq bununla da festival yekunlaşdırılacaq. Həmin günün məruzəçisi Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov olacaq. Martın 14-dək davam edəcək festivalda təqdim olunacaq tamaşalar AXTİ-nin "Mustafa Mərdanov Səhnəsi"ndə göstəriləcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 13 mart.- S 7.