Bişkekdə Azərbaycan Musiqisi Günü

 

 

"Roza Otunbayevanın Təşəbbüsü" Fondu Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi ilə birgə 2015-ci ilin mart ayının 17-də Bişkek şəhərində, Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyasının böyük salonunda "Musiqi - xalqın ürəyidir" adlı, Azərbaycan musiqisinə həsr olunan  tədbir keçirəcək.

 

Tədbirdə Qırğız Respublikası Prezidenti Aparatının yüksək vəzifəli təmsilçiləri, hökumət üzvləri, parlamentin deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri,  ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri Qırğızıstanın kütləvi  informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər.

 

Qırğız Respublikasının dövlət kanalı olan İctimai Televiziya Radio Verilişləri Korporasiyası tərəfindən birbaşa efirə veriləcək tədbirdə Azərbaycanın Qırğızıstanın görkəmli müğənnilərinin, Opera Balet Teatrının solistlərinin ifasında Üzeyir Hacıbəyovun "Arşin mal alan" operettasından duetlər, "Azəri" Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı rəqs qruplarının, Qırğız-Türk "Manas" Universitetinin "Türk Dünyası Orkestrası"nın repertuarlarında olan Azərbaycan mahnıları ilə zəngin proqram nümayiş olunacaq.

 

Novruz bayramının Azərbaycanda necə qeyd olunması ilə bağlı səhnələr göstəriləcək videomateriallar təqdim ediləcək.

 

 

 

 

525-ci qəzet.- 2015.- 13 mart.- S 7.