Vaqif Mustafazadənin 75

illiyi ilə bağlı konsert olub

Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın dahi cazmeni Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə Vaqif Mustafazadənin həyat yaradıcılığından danışılıb, onun Azərbaycanda caz musiqisinin inkişafındakı böyük rolu qeyd edilib.

Konsert proqramında A.Süleymanbəylinin rəhbərliyi altında məktəbin müəllim şagirdlərinin ifalarında Vaqif Mustafazadənin, Rauf Hacıyevin, Tofiq Quliyevin, Əlibaba Məmmədovun caz üslubunda oranjiman edilmiş əsərləri, Qərb sənətkarlarının klassik caz musiqisi səsləndirilib.

525-ci qəzet.- 2015.- 19 mart.- S.7.