Gürcüstan nümayəndələri Azərbaycan Milli Kitabxanasında

 

 

Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Georgi Kekelidze Elektron resurslar üzrə direktor müavini Levan Taktakişvili mart ayının 17-də Azərbaycan Milli Kitabxanasında olublar.

 

Qonaqların direktor Kərim Tahirovla görüşündə Georgi Kekelidze son bir il ərzində Gürcüstan Milli Parlament Kitabxanasında baş verən yeniliklərdən danışaraq deyib ki, kitabxana Sierra avtomatlaşdırılmış kitabxana sistemi əsasında işləyir.

 

Görüşdə məqsəd Azərbaycan Milli Kitabxanası Gürcüstan Milli Parlament Kitabxanası arasında bağlanmış əməkdaşlıq haqqında Memorandumun şərtlərinə müvafiq olaraq elektron kitab mübadiləsinin həyata keçirilməsidir. Bu mübadilə hər iki ölkənin milli kitabxanalarının fondunun zənginləşməsinə səbəb olacaq, kitabların təkrar surətinin çəkilməsinin, vaxt əmək itkisinin, əlavə maddi xərclərin qarşısını alacaq.

 

Söhbət əsnasında Memoranduma əlavə olaraq bu proseslərin həyata keçirilməsi üçün qarşılıqlı razılaşma əsasında Müqavilə hazırlanması Tbilisidə imzalanması qərara alınıb.

 

 

 

 

525-ci qəzet.- 2015.- 18 mart.- S 7.