Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yerirolu

 

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki digər formalarda adlandırılır.

 

Şəhər uzun müddət Nuxa da adlanıb. Qədim müəlliflərdən Ptolomey, Alban şəhərləri içərisində Niqa adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib. Abbasqulu ağa Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı.

 

Krımski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V.Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşirdi onu Nuxa ilə eyniləşdirmək olmaz. Nuxa sözünün antik dövrdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir.

 

Şəki adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri Şəki idi.

 

I əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi məhz bu ərazidə yerləşirdi. İnzibati cəhətdən Qafqaz Albaniyası 11 vilayətə bölünürdü. Bunlardan biri Albaniyanın şimal-qərbində yerləşən Şəki vilayəti idi. Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi iqtisadi əhəmiyyətə malik olan şəhərlərindən biri oldu. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi.

 

Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki müstəqillik qazandı Orlat nəsli hakimiyyətə gəldi. 1551-ci ildə Təhmasib şah Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi.

 

1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1772-ci ildə Kiş çayının daşması nəticəsində qədim Şəki şəhəri, demək olar ki, tamamilə məhv olub, şəhər əhalisinin bir qismi tələfata uğrayıb, bir qismi başqa yerlərə köçüb gedib, bir qismi indiki şəhərin yerləşdiyi ərazidə məskən salıb.

 

1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşüb.1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirildi. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı.

 

1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil olunub Nuxa qəzası adlandırıldı.

 

XIX əsrin II yarısında çar hökumət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə Şəki Qışlaq məhəllələrinə böldü. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarət sənaye müəssisələri olan hissəsi şəhərin mərkəzi hesab olunur iki hissəyə bölünürdü: yuxarı ya ticarət hissəsi, aşağı ya erməni hissəsi. Şəhərətraflı hissələri Yuxarıbaş, Gəncəlibaşı Nuxa-Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Qaladan şərqə doğru salınmışdı.

 

Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaratdı 1860-1865-ci illərdə şəhər artıq iki məhəlləyə deyil, 4 məhəlləyə bölünürdü. Birinci məhəlləyə Qala onun ətraf yerləri, ikinci məhəlləyə şəhər ətrafları daxil edilmişdi buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul idi. Üçüncü məhəlləyə dabbaqxana daxil idi. Buraya başqa sənətkarlıq sahələri, o cümlədən, boyaqçılıq daxil idi. Dördüncü məhəllə haqqında sənədlər məlumat vermir. Görünür, bu məhəlləyə tacir sənətkarların yerləşdiyi baş küçə onun ətrafları daxil idi.

 

1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi.

 

1920-ci il may ayının 5-də Şəkidə Sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi Nuxa rayonu təşkil olundu. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.

 

Şəki tarixi-memarlıq abidələri ilə zəngin bölgələrimizdəndir. Şəhərdə müxtəlif əsrlərdə inşa edilmiş Ağvanlar, Dərə, Yeraltı hamamları, qədim Qala divarları, müxtəlif Şəki xanlarının sarayları, karvansaralar, məscidlər, türbələrə sair abidələr mövcuddur.

 

Şəkidəki Dairəvi məbəd isə qədim xristianlıq abidəsidir. V-VI əsrlərə aid ölkə əhəmiyyətli memarlıq abidəsidir. Tikilinin ilkin görkəmi dairəvi planlı olsa da, 1853-cü ilə qədər ona 3 tərəfdən əlavələr edilibxaç formasına salınıb. Tikilinin əsas hissəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Abidənin inventar lövhəsi Şəki qalasının 1819-cu ildə tərtib edilmiş təsvirində Məhəmmədhəsən xanın evindən aşağıda, evə giriş qapısının solunda xanın şəxsi ibadətxanasının olması göstərilirdi.

 

Məşhur rus səyyahı Seqlaın və öz dövrünün görkəmli maarifçilərindən biri olan Rəşid bəy Əfəndiyevin, müvafiq olaraq, 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarından məlum olur ki, ruslar 1828-ci xanın ev ev məscidini pravoslav kilsəsinə çeviriblər. Lakin həmin kiçik kilsə Məhəmmədhəsən xanın evinin içində olub və 20-ci əsrin 90-cı illərinə qədər həqiqətən orada kiçik bir kilsə vardı. Dairəvi məbəd isə həmin kilsənin yerindən 50 metr cənubdadır. Nuxa qalasının 1819-cu il Təsvirində bu tikili haqqında heç bir qeyd yoxdur.

 

Lakin Təsvirdə Nuxa qalasındakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra, həm də qeyd edilir ki, qaladakı Şəkinin rəhbərlərinə aid olmuş digər tikililər əsgərlər və xoylular tərəfindən tutulub. Bu qeyddən isə məlum olur ki, həmin vaxt qalada mövcud olmuş tikililərin bəziləri Təsvirdə göstərilmir. Həmin səbəbdən də, Dairəvi məbədin 1819-cu ildə Nuxa qalasında mövcud olub-olmaması dəqiq bilinmir. Amma Nuxa qalasının 1853-cü il planında artıq Dairəvi məbəd, xaç şəklinə salınmış əlavələri ilə (yuxarıdan baxdıqda) birlikdə göstərilir. Həmin illərdən 20-ci əsrin əvvəllərinə qədər bu tikili Şəki qəzası ərazisindəki yeganə Rus Pravoslav kilsəsi idi. Tikilinin arxasındakı torpaq sahəsində isə Rusiya İmperiyası dövründə, Nuxada vəfat etmiş yüksək çinli rus məmurları dəfn edilib. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

 

(Ardı var)

 

 

 

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 14 mart.- S .6.