Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək

 

Aprelin 20-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı gerçəkləşəcək.

Festival çərçivəsində aprelin 20-də Qara Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbində ustad dərsləri təşkil olunacaq, həmçinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında açılış mərasimi keçiriləcək. Açılış mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində Muzey Mərkəzində, Azərbaycan Dövlət Filarmoniyasının kamera orqan musiqisi zalında, Beynəlxalq Muğam Mərkəzində, Gənc Tamaşaçılar Teatrında silsilə tədbirlər təşkil olunacaq.

Festivala aprelin 24-də Azərbaycan Dövlət Filarmoniyasında yekun vurulacaq.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet. - 2015.- 31 mart.- S.7.