Vüqar Əlisoyun lövhələri

 

 

Vüqar Əlisoyun şeirləri vaxtdır ki, əlimin altındadır- kompüterimin stolu”nda. eləcə bir aydan çoxdur ki, orada qalıb. Özüm xahiş edib götürmüşəm, oxumağa isə vaxtım yoxdur. Sonra əmin olacam ki, yox, vaxtı lənətləmək lazım deyilmiş- sadəcə ovqatım o olmayıb. Və qəribədir ki, günün sonunda kompüterimi söndürmək istəyərkən “ stolunda “Vüqarın şeirləri” qovluğuna gözüm dəyir. Qovluğu açır və şeirləri oxuyuram. Sonra oxuyandan sonra məlum olacaq ki, elə də çox olmayan həmin şeirlər kifayət qədər vaxtımı alıb. Buna isə qətiyyən heyfslənmirəm. Yazmaq istədiyim qeydlərimin sərlövhəsini elə şeirlərin ilkin ovqatı ilə başlayıram: “Vüqar Əlisoyun lövhələri”. Hə, əminliklə deyim ki, o şeirləri indən belə də neçə dəfə oxuyaraq haqqında yazmaq fikrinə düşsəydim, sərlövhə dəyişməyəcəkdi. Azından ona görə ki, Vüqar Əlisoyun şeirlərinin hər biri lövhədir – o şeirləri oxuyan istənilən oxucunun qarşısında mövzusundan asılı olaraq portretyaxud peyzaj yaranır. Bunu belə deməyə isə cəsarət-filan lazım deyil. Aşağıdakı sətirləri oxusanız, buna siz də əmin olacaqsınız:

 

ağacların fatasında

yellənən yengəciklər

çiçəklərin

nazını çəkir,

başına dönür

bəmbəyaz,

çəhrayı

gəlinciklər

hər biri

meyvə olacağını düşünür.

 

Çoxları üçün adi görünən təbiət hadisəsidir. Və inanmıram ki, təbiətə çıxan istənilən kəs Vüqarın təqdim etdiyi mənzərəni görməmiş olsun. Vüqarın başqalarından fərqi isə ondadır ki, təkcə gözü deyil, ruhu belə oxşayan o peyzajı görməklə bərabər, onun detallarını canlandırır, həyat eşqinin ancaq insanlara aid olmadığını bir daha yada salır. Yox, məsələ onda deyil ki, həmin “çəhrayı gəlinciklər”in hər biri meyvə olacağı haqqında fikirləşir. Məsələ burasındadır ki, həmin “çəhrayı gəlinciklər” meyvə olmağa can atır, təbiətin bütün canlılarda yaratdığı özünüqoruma instinkti ilə yengəciklərə sığınır.

Poeziya və nəsr fikrin ifadə formasıdır” – bunu XIX əsrin əvvəllərində Vilhelm Humbolt deyirdi. Bu, ağlagəlməz fitri istedadını gərgin zəhməti sayəsində ədəbiyyata xidmətə yönəldən almanın fikirləridir və həmin fikirləri mərhum müəllimimiz İsrael Musayev mühazirələri zamanı tez-tez təkrarlayırdı. Biz- o vaxtkı tələbələr sonralar professor Afad Qurbanovun mühazirələri zamanı öyrənəcəyik ki, bu qəribə alman... filoloqdur və “linqvistikaelminin banisidir. Onu da öyrənəcəyik ki, HöteŞillerin ən yaxın dostu olmuş zadəgan filoloq öz parlaq ideyaları ilə XIX əsr alman ədəbiyyatının inkişafına təkan verməyi bacarıb. O deyirdi: poeziyaobrazlar və simvolların vasitəsi ilə dünyanın dərkidir. Vüqarın şeirlərini oxuyarkən həmin almanın bir fikrini də xatırlayıram: ədəbiyyat daha çox olandan deyil, olmalı olandan danışmalıdır. 

 

...bu necə sözdü,

ilana oxşayır,

yoğrulub,

qıvrılıb,

içimdə qalacaq...

dillənsəm, bilirəm,

dilimi çalacaq...

 

Şair öz həqiqətinə inanır. Və onunöz həqiqəti” həyat yoludur. O yol insanın öz içində belə bəzən boy qaldıran şeytanın yolunu kəsir. Buna görədir ki, müəllif səmimi olaraq inanır:

 

mənim həqiqətim

sənin

əbədi

məğlubiyyətin. . .

 

Söz haqqında, əlbəttə, klassik yanaşma çörəyini sözdən çıxaran ulu Füzuliyə məxsusdur. XVI əsrdə Kərbəlada onun sözlə bağlı gəldiyi qənaət o qədər sərrast ifadə olunub ki:

 

... miqdar olsa,

əhlin eylər ol miqdar söz .

 

Yox, mən kompüterimin stolundakıVüqarın şeirləriqovluğuna yığılmış şeirləri klassik müasir ədəbiyyatımızın nümunələri ilə müqayisə etmək fikrindən uzağam. Azından ona görə ki, istənilən müqayisə qüsurludur. ŞairinSözümün canışeiri sadəcə olaraq 500 il əvvəl xatırladılan həqiqəti bir daha yadıma saldı. , onun şeirlərini oxuduqca sözün təkcə məsuliyyətini deyil, onun qiymətini bilən müəllifin insanlara məhəbbətini görmək olur. Onu da görmək olur ki, pıçıldanan sözə dönmək üçün ürəkdən gəlmək lazımdır. 

 

mən bir sözəm.

qatın sözlərinizin

gözünə,

şəkər edim dilinizi

pıçıldayın qulağına

sevginizin.

 

Daş üzərinə günümüzə qədər nələr yazılmayıb ki... İnsan daşların üzərində ilk olaraq rəsmlərin yardımı ilə özünün həyata baxışlarını əks etdirib. Sonralar yazı mədəniyyəti ayaq tutanda da daşlar köməyə gəlib.

Tanrı tək tengridə bulunantürk Bilgə Xaqan Orxon Yenisey çaylarının boyunca uzanan ucsuz-bucaqsız ərazidə öz dövlət xalq haqqında düşüncələrini gələcək nəsillərə çatdırmaq üçün ən etibarlı vasitə kimi daş yazılarını seçəcək, “sabumu tüketi esitqil”- deyə sabaha tövsiyələrini çatdıracaq. Yox, mən, əlbəttə, Vüqarı yenə kimlərləsə müqayisə etmək fikrinə düşmürəm. Sadəcə olaraq, onunDaş üzərində yazısilsiləsindən şeirləri oxuyur, təkrar-təkrar oxuyuram. O şeirlərdə personajlarının həyata baxışları müxtəlifdir. Buna baxmayaraq həmin müxtəliflikləri ümumiləşdirən xətti görməmək olmur: o xətdə missiyasını yerinə yetirəndən sonra hansısa iddiada olmayan insanların dünənə baxışları yazılıb. Yox, bu, qorxaqlıq qəhrəmanlıq, din dinsizlik, xeyir şər haqqında baxışlar deyil, sadəcə fani dediyimiz bu dünyada missiyasını yerinə yetirmiş insanın iddiasızlığıdır:

 

məndən sonra

ağlamağınız

Allahı xatırlamağınız

məni

öldüyümə görə

sevməyiniz

güldürəcək məni

Allah sizi güldürsün.

 

Yox, bu, böyük azərbaycanlının göz yaşları içərisindəki gülüşü deyil, bu, dekorasiyalar effektindən o tərəfə keçməyəndünyaqurub da dünyada əbədi qalmaq istəyən insanlara xatırlatmadır. Bu, “mollalarımız islamiyyəti məzarlıqdan kənarda görə bilmədi” – deyən böyük müsəlmanın türkün – Mustafa Kamal PaşanınAtatürkün fikirlərinə sayğıdır.

 

əllərimi

soyuq-sazaq

kəsə-kəsə

kol dibində bənövşəni

dərib

tələsə-tələsə

dəstələyib bir nəfəsə

ovucumda

yaz nübarı

yüyürürəm yaza sarı.

 

Bu, yaza tərəf yüyürən yazı adamının bahar görmək istəyindən daha çox, insanların yaz arzularının göyərməyini gözləyənləri sevindirməyə tələsən bir nəfərin hissləridir. O hisslər o qədər təbiidir ki... Ancaq körpələr öz hisslərini bu cür təbiiliklə ifadə edə bilərlər. Yeri gəlmişkən, indi, demək olar ki, az-az adamların anıb da adını çəkdiyi, təkcə şeirləri ilə deyil, şəxsiyyəti ilə insanlarımızda ruh yaradan Osman Sarıvəllinin yaradıcılığını xatırlayıramkonkretGətir, oğlum, gətir!” şeirini. Oradakı bir parçanı yada salmaq istəyirəm:

 

Mən kənddə doğuldum,

sənsə şəhərdə. 

Sən beşikdə yatdın,

mənsə yəhərdə.

Mən çomaq götürdüm,

sən kağız-qələm,

Çomaq bir aləmdir,

qələm bir aləm!

 

Bu, bir atanın oğluna deyil, dəyərlərin daşıyıcısı olduğunu bilən onun məsuliyyətini dərk edən bir nəsil nümayəndəsinin xatırlatmasıdır. O, nəyin gətirilməli olduğunu bilir, o, dünyadan təcridin deyil, dünyaya inteqrasiyanın niyə vacib olduğunu anlayır! O, ötən əsrin 60-cı illərində o vaxtkı ədəbi tənqidin gündəmə gətirdiyi, əslində mədəniyyətlərin üzviləşdiyi anlarda yaşanan (həmin yaşantılar isə o qədər adi hadisədir ki!) təbii prosesləri faciə kimi qəbul edənlərə nadanlığın hüdudsuzluğu barədə neçə min illərin qənaətini xatırladır. Tamamilə səmimi deyirəm ki, Vüqarınyazı qarşılayan oğlan”ı o qədər aydın görünən mənzərədən boylanır ki... sadəcə olaraq o mənzərəni yarada bildiyinə görə onu təbrik edə bilirsən:

 

dimdiyində

nəfəsində yaz gətirən,

evimdə ev quran quşlar

sinəli qaranquşlar

dənliyirlər

içimdəki intizarı

yüyürürəm yaza sarı.

 

Vüqar Əlisoyun qovluğundakı şeirlər daha çox sərbəst vəzndə yazılsa da, hiss fikirlərin qafiyəsi, obrazların canlılığı fonunda qəribə bir harmoniya yaradır. Bu, ustalıqla edilir. , o şeirləriizm”lərlə bölgüyə almaq çətindir. Təsnifat vermək istəyənlərə həmin təsnifata baş qoşmamaq tövsiyə oluna bilər.

Onlar həmin şeirlərdə nə stereotipləri dağıtmaq iddiasında olan futurizmi, nə özünü hansısa fövqdə görən eqofuturizmi, nə də ki digər “izm”ləri görə biləcəklər. Sadəcə həmin şeirləri oxuyub Vüqar Əlisoyun lövhələrinə baxmaq kifayət edər. Orada maraqlı detallar görə biləcəyinizə isə şübhə etmirəm.

 

Firuz KAZIMOĞLU

 

525-ci qəzet.- 2015.- 20 mart.- S. 20.