Musiqili Teatrda 2015-ci kvartal hazırlanır

 

Azərbaycan Dövlət Musiqili Teatrında İlqar Fəhminin 2015-ci kvartal əsəri səhnələşdirilir.

 

Yaradıcı heyəti əsasən gənclərdən ibarət olan bu tamaşanın quruluşçu rejissorları Anar Sadıqov Əlif Cahangirlidir. Onlar bu tamaşa ilə Musiqili Teatrda həm rejissor kimi debüt edəcəklər.

 

İnsanların mənəvi aşınması, cəmiyyətdə təmiz köməksiz insanların dünyası, köhnə Bakı haqqında nostalji hisslər əzəmətli yeni Bakı haqqında düşüncələr tamaşanın leytmotivini təşkil edir. Səhnə əsərinin 2015-ci kvartal adlandırılması da təsadüfi deyil.

 

Hamı inanır ki, 2015-ci il böyük layihələr, yeniliklərlə yadda qalacaq. Təqribən bir aydan sonra başlanacaq Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bunun əyani sübutudur, - deyə Anar Sadıqov Əlif Cahangirli tamaşa haqqında danışarkən bildiriblər.

 

Səhnə əsərinin quruluşçu rəssamı Elgün Vəliyev, quruluşçu baletmeysterləri Yelena Zakir Ağayevlərdir.

 

Tamaşada Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Nicat Əli, Fərid Rzayev, Nərmin Əliyeva, Rəmail Bayramlı kimi gənclərlə yanaşı, Xalq artisti Ramiz Məmmədov, Əməkdar artist Şövqi Hüseynov Nadir Xasıyev iştirak edir.

 

Tamaşanın bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətovdur.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 2 may.- S.16.