Adil İsgəndərovun 105 illiyi qeyd olunub

 

 

Görkəmli teatr kino xadimi, SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 105 illiyi münasibətilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kollektivi, korifey sənətkarın ailə üzvləri Fəxri Xiyabanda unudulmaz ustadın xatirəsini yad ediblər.

 

Dövlət Film Fondunun direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artisti Elxan Qasımov çıxış edərək Azərbaycan teatrının kinosunun formalaşmasında misilsiz xidmətləri olan Adil İsgəndərovun yaradıcılığına nəzər salıblar.

 

Bildirilib ki, Azərbaycan teatr kino sənətinə monumentallıq, novatorluq gətirən, dəst-xətti ilə seçilən sənətkar tamaşa filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

Qeyd olunub ki, Adil İsgəndərov həm aktyor, həm rejissor, həm pedaqoq, həm kinostudiyanın rəhbəri kimi milli kadrların hazırlanmasında, milli filmlərin çəkilməsində əvəzsiz rol oynayıb. Qırx ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu böyük şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli mənəvi dəyərlərimizin qorunmasına yönəldib.

 

Çıxış edənlər vurğulayıblar ki, Azərbaycan teatr kino sənəti durduqca görkəmli sənətkarın yaratdığı obrazlar yaşayacaq.

 

Adil İsgəndərovun ailəsi adından çıxış edən qardaşı oğlu Elxan İsgəndərov sənətkarın xatirəsini yad etdiklərinə görə "Azərbaycanfilm" kinostudiyasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kollektivinə, həmçinin bütün ziyarətə gələnlərə minnətdarlığını bildirib.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 7 may.- S.7.