Heydər Əliyev irsinin tədqiqi məsələləri mövzusunda elmi konfrans keçirilib

 

Mədəniyyət Turizm Nazirliyi, A.A.Bakıxanov adına Tarix İnstitutu Milli Kitabxana Ulu öndər Heydər Əliyev irsinin tədqiqi məsələləri mövzusunda elmi konfrans təşkil edib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq sözü Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyevə verib.

 

V.Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpa olunmasında, bütün sahələrdə gedən quruculuq işlərində Azərbaycanın bugünkü səviyyəyə gəlib çatmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edərək deyib ki, ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb.

O, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasını qoyduğunu, aparılan daxili siyasətin Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etdiyiniöz rifahını yaxşılaşdırmaq imkanları yaratdığını, ulu öndərin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına nail olduğunu vurğulayıb.

 

Sonra Kərim Tahirov Milli Kitabxananın inkişafının Heydər Əliyev mərhələsi, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov Heydər Əliyev: dünya tarixinin azərbaycanlı dahisi, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova Heydər Əliyev irsinin təbliğində Milli Kitabxananın rolu, A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda Heydər Əliyev irsinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar və bunun nəticələri mövzusunda çıxış edib.

 

Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayevanın Heydər Əliyev və kitabxana işi, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun Heydər Əliyevin neft strategiyası, Tarix İnstitutunun elmi işçisi Leyla Hüseynovanın Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri mövzusunda çıxışları dinlənilib. Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova Heydər Əliyev. Mədəniyyətimizin hamisi adlı elektron məlumat bazasını təqdim edib.

 

Tədbir iştirakçıları Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti-Heydər Əliyev adlı geniş kitab sərgisiylə tanış olublar.

 

525-ci qəzet.- 2015.- 9 may.- S.17.