Qara daşın sədası” təqdim olunub

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Musa Yaquba həsr olunmuşQara daşın sədasıkitabının təqdimat mərasimi keçirilib.

 

Tədbiri AYB katibi Rəşad Məcid Musa Yaqubun şeirləri ilə açıb. Şair Əjdər Ol aparıcısı olduğu tədbirdəki giriş sözündə M.Yaqubun yaradıcılığından bəhs edib.

 

Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə Musa Yaqubla birlikdə keçirdikləri günləri yada salıb, şairlə bağlı xatirələrini dilə gətirib, sonda şairin “Bu dünyanın qara daşı göyərməzadlı şeirini deyib.

 

Professor Vaqif Yusifli şairin yaradıcılığından danışıb, onuDağdan qopan canlı qayaadlandırıb.

 

Tahirə Ağasiyeva digərləri şairin şeirlərini səsləndiriblər.

 

Qeyd edək ki, “Qara daşın sədasıkitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab Musa Yaqubun məşhur şeiri “Bu dünyanın qara daşı göyərməzşeirinə nəzirələrin toplu halda çapı ideyasından qaynaqlanıb. Kitabda həmçinin şairin müasirləri olan sənət dostlarının onun yaradıcılığına şəxsiyyətinə həsr edilmiş şeirləri dərc edilib. İnternetdən, xüsusiləfacebooksəhifəsindən seçilmiş nümunələr isə şairə ümumxalq sevgisinin sonsuz təzahürünün göstəricisidir.

 

Kitabda Məmməd Araz, Şahmar Əkbərzadə, İsmayıl Öməroğlu, Faiq Qurban, Xaliq Yusifoğlu, Xatın, Telman Nəzərli, Ramiz Qusarçaylı, Mahirə Nağıqızı, Mürvət Qədimoğlu başqalarının Musa Yaqub yaradıcılığına nəzirə yazdıqları şeirlər öz əksini tapıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 9 may.- S.17.