Zəlimxan Yaqubdan daha bir poeziya toplusu

 

Bugünlərdə Xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb.

 

"Dünya çiçək, insan oğlu arıdı" adlanan bu kitabda şairin son iki ildə yazdığı indiyədək çap olunmuş heç bir kitabına daxil edilməyən şeirləri ilə yanaşı, "Dahiləri belə gördüm", "Daş tarix", "Aşıq Veysəl dünyası", "Turan sevgisi", "Şuşa şikəstəsi" "Ün" poemaları yer alıb.

 

"Şərq-qərb" nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın nəşrə hazırlayanı redaktoru Musa Nəbioğludur.

 

Xatırladaq ki, bu, Xalq şairinin 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin "Qürbət düşüncələri" və "Mənə ümid kimi bax" kitabları, eyni zamanda Musa Nəbioğlunun Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi "Sözün Zəlimxan zirvəsi" adlı kitabı oxucuların ixtiyarına verilib.

525-ci qəzet.- 2015.- 13 may.- S.7.