Moskvadakı "Bakı" kinoteatrında "Yarımdünya" göstərilib

 

 

Moskvadakı "Bakı" kinoteatrında baş prodüser Tural Əsədovun baş rolun ifaçısı, aktrisa Gülsarənin iştirakı ilə "Yarımdünya" adlı bədii filmin nümayişi olub.

 

"AZEproject" tərəfindən təşkil olunmuş filmin nümayişində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri iştirak ediblər.

 

Gecəni rejissor Cəfər Axundzadə açaraq Rusiyada Azərbaycan filmlərinin nümayişini təşkil etdiyinə görə Elman Əzimzadənin başçılıq etdiyi "AZEproject" komandasına təşəkkürünü bildirib: "Belə tədbirlər Vətəndən uzaqda yaşayan gənclərimizi sıx birləşdirir, Azərbaycanın müasir kino sənayesinin ən yaxşı nailiyyətləri ilə tanış olmağa kömək edir".

 

Prodüser baş rollardan birinin ifaçısı olan Tural Əsədov "Yarımdünya" filminin yaradıcı kollektivi adından Moskvada filmin nümayişini təşkil edənlərə təşəkkür edib ümidvar olduğunu bildirib ki, film zalda əyləşən hər bir tamaşaçının rəğbətini qazanacaq.

 

Amerika Kino Aktyorları Gildiyasının üzvü, Dəniz rolunun ifaçısı, aktrisa Gülsarə tədbirdə iştirak edənləri salamlayaraq, onlara filmdə iştirak etmiş aktyorların salamlarını çatdırıb. O deyib: "Uşaqların hər biri bugünkü tədbirdə iştirak etmək istəyirdi, lakin məşq qrafiki sıx olduğundan buraya gələ bilmədilər".

 

Tədbir çərçivəsində həmçinin gənc Azərbaycan rejissoru, "AZEproject" komandasının üzvü Fariz Məlikovun "Səma" adlı qısametrajlı filminin premyerası olub.

 

"Yarımdünya" filminin nümayişindən sonra qonaqlara aktyorlardan avtoqraf almaq xatirə şəkilləri çəkdirmək imkanı verilib.

 

"Yarımdünya" filmi məhəbbət dostluq əhvalatlarının sıx çulğalaşdığı bir dramatik filmdir. Filmdə qədim Bakının dar küçələri tamaşaçını təkcə şəhərin arxitekturası ilə deyil, həm onun zəngin mədəniyyəti ilə tanış edən digər görməli yerləri çəkilib. Bakıda filmin premyerası aprelin 6-da "ParkCinema"da keçirilib.

 

Filmdə aktyorlar Kamran Ağabalayev Pərvin Əbiyeva, populyar Azərbaycan ifaçısı Miri Yusif, "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Dilarə Kərimova çəkilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 14 may.- S.7.