Bərdədə tarix və mədəniyyət abidələrinin mühafizəsinə diqqət artırılıb

 

Tarixi abidələr ulu keçmişimizin əvəzsiz maddi yadigarlarıdır. Onlar əsrlərin sınaqlarından çıxaraq bu günümüzə qədər gəlib çatmışlar.

 

Təsadüfi deyil ki, hər xalqın, ölkənin tarixinin qədimliyi məhz maddi mədəniyyət abidələrinin çoxluğu qədimliyi ilə ölçülür. Azərbaycan dünyanın ən zəngin tarixi-mədəni abidələrə malik olan ölkələrdən sayılır. Respublikamızın hər yerində belə qiymətli maddi mədəniyyət nümunələri olduqca çoxdur. Bərdə abidələri onların sırasında xüsusi yer tutur.

 

Azərbaycanın ən qədim yaşayış mədəniyyət mərkəzlərindən sayılan Bərdənin 3 min ildən artıq yaşı var.

Uzaq keçmişlərdə ölkəmizin paytaxtı olmuş bu qədim şəhərdə eramızdan əvvəl ikinci minillikdən son orta əsrlərədək uzun bir dövrü əhatə edən xeyli sayda tarixi-mədəni abidələr mövcuddur.

 

Sözügedən tarixi abidələr quruluş, ornament digər memarlıq xüsusiyyətləri ilə fərqlənir. Adıçəkilən rayon mədəniyyət turizm şöbəsinin müdiri İlyas Hacıyevin dediyi kimi, Bərdə abidələri unikal maddi mədəniyyət nümunələrindən hesab olunur.VI əsrə aid köhnə şəhər divarları, Tərtər çayı üzərində VII əsrə aid körpü,VII-IX əslərə aid İbrahim məscidi, 1322-ci ildə inşa olunmuş Bərdə türbəsi, XIV əsrin yadigarları Axsadan baba türbəsi, Nüşabə qalası başqaları bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan memarlıq sənətinin ən kamil nümunələrindən olan Bərdə türbəsi yeraltı yerüstü hissələrdən ibarətdir. Bərdə İmamzadə kompleksində VIII əsrdə yaşamış imam Cəfər Sadiqin qız nəvəsi İsmayıl dəfn olunub.

 

Şöbə müdiri qiymətli tarixi abidələrin şəhər ərazisi ilə yanaşı, rayonun bir sıra kəndlərində yerləşdiyini qeyd edib. Şatırlı kəndindəki antik dövrə aid Şortəpə Nekropolu, Güloğlular kəndindəki XVIII əsrə aid olan səkkizguşəli türbə, Şirvanlılar kəndindəki XVIII-XIX əsrlərə aid edilən hamam, Uğurbəyli kəndindəki məscid, Mehdixanlı kəndindəki XIX əsrə aid Balabəyin malikanəsi onlarla digər tarix mədəniyyət abidələrini bunlara misal göstərmək olar.

 

Müstəqillik illərində tarix mədəniyyət abidələrinə dövlət diqqət qayğısının artırıldığını vurğulayan İ. Hacıyev söhbət zamanı Bərdə rayonu ərazisində yerləşən bütün abidələrin qayğı ilə əhatə edildiyini, onların mühafizəsinin daim diqqət mərkəzində saxlanıldığını, bu məqsədlə xüsusi mühafizəçilər ayrıldığını bildirib.

 

Qeyd edilib ki, ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın tələblərinə, respublika mədəniyyət və turizm nazirliyinin müvafiq qərar və göstərişlərinə uyğun olaraq rayonda bu sahədə işlər daha da genişləndirilib". Son illər bir çox tarixi abidələrdə bərpa və təmir illəri həyata keçirilib. Belə tədbirlər bundan sonra da ardıcıl davam etdiriləcək"...

 

İlyas Hacıyev Bərdə rayonu ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin təbliği istiqamətində də mühüm işlər görüldüyünü vurğulayıb, bununla əlaqədar xüsusi buklet , albom , kitabalmanaxlar tərtib olunduğunu, sərgilər, stendlər təşkil edildiyini, mətbuatda yazılar çap olunduğunu dilə gətirib.

 

Şöbə müdiri söhbətin sonunda qeyd edib ki, abidələrin qorunması, mühafizəsi yalnız dövlətin həyata keçirdiyi tədbirlərlə məhdudlaşmır. Bu həm də hər bir kəsin vətəndaşlıq borcudur. Çünki tarix və mədəniyyət abidələrimiz bizim milli sərvətimizdir.

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2015.- 15 may.- S.8.