Gürcü gömrüyündə Şah Abbası saxlamaq istədilər

 

(Malatya səfərindən I yazı)

 

Səfəri yazar bəstəçi dostumuz Zəka Vilayətoğlu təşkil eləmiş, İndeks (Azərbaycanın İnsan Resursları İnkişafı Mərkəzi) onu rəsmiləşdirmiş, İnönü Universitetinin tələbələri gerçəkləşdirmişdi. İrəli gedərək deyim ki, mayın 5-də Malatyanın Hilton otelində Azərbaycan ədəbiyyatı gecəsi keçirildi.

 

Universitet tələbələrinin başqanı Ramal Şəmşədli İndeksin bölgə rəhbəri Sənan Cavadlı əsas təşkilatçılar idi. Dəvətlilər arasında İnönü Universitetinin müəllimləri Türkiyədə çalışan tanınmış simalar da vardı. Ən maraqlısı isə məşhur yazıçı Çingiz Aytmatovun oğlu Əsgər Aytmatovla görüş idi.

 

Biz sözümüzü deyəndən, başqalarını da eşidəndən sonra bir gün şəhərdə qaldıq qayıtdıq. Maraqlı gecə səfər idi. Ona görə rəsmi məlumatı kənara qoyub, yolboyu başımıza gələnlərdən danışsam yaxşıdır. Onu da deyim ki, səfərə maşınla getmişdik: mən, Xəyal Rza Zəka Vilayətoğlu.. Məqsədimiz Qara dəniz sahilini seyr eləmək idi. Arzumuzun artıqlaması ilə reallaşdığını deməliyəm.

 

Çiskinli havanın müşayiət elədiyi səfərdə yaşıllıq səliqə-səhman diqqətimizi daha çox çəkdi. Bəlkə ona görə ki, hər tərəf yaşıllığa bürünmüş təbiətin bəzi eybəcərlikləri görünməz olmuşdu.

 

Bakıdan səhər erkən çıxdıq, Qırmızı Körpünü Batumu adlayıb Türkiyəyə keçdik.

 

Məlumat üçün deyim ki, SOCAR Türkiyə şirkətləri Gürcüstan ərazisində hakimi-mütləqdilər, amma hara getdiksə erməni tacirlərinə rast gəldik: otellər mehmanxanalar onların nəzarətindədir...

 

Burda dayanaq qayıdaq geri.

 

Qırmızı Körpü gömrük məntəqəsini biz ayaqla, Zəka maşınla keçdi, amma qədər gözlədiksə, dostumuzdan xəbər çıxmadı. Xəyal zəng eləyib gecikməyinin səbəbiylə maraqlandı. Məlum oldu ki, səfər yoldaşımızın gecikməyinin səbəbi bizim kitablarla bağlıdır. Kitabları tələbələrə aparırdıq.

 

Geri qayıtdıq. Gürcü gömrükçüləri kitabları ələk-vələk eləmişdilər, bir-bir yoxlayırdılar. Onlardan birinin gözü bəndənizin Şah Abbas romanına sataşdı. Onu əlinə alıb bir xeyli baxdı :

 

- Şah Abbas, Şah Abbas, - deyə mızıldandı.

 

- , o sizləri çox sevirdi, -deyə gömrük məmurunu sancdım. Çünki gecikirdik, gözləməkdən bezmişdik.

 

O da istehzayla üzümə baxdı:

 

- , sevirdi, - dedi.

 

Mən söz altında qalmadım.

 

- Bizlərdə çariça Tamaranı, knyaz İraklini çox sevərlər. Birinci Pyotra da, İkinci Yekaterinaya da, çar İkinci Aleksandra da rəğbətimiz var. Adını çəkdiyim tarixi şəxsiyyətlərin Azərbaycana Türkiyəyə çox ziyanları dəymişdi.

 

Mənim bu sözlərimdən sonra gürcülər kitabları kisələrə doldurub surqucladılar dedilər ki, onları Gürcüstan ərazisində açsaq, beş min lari cərimə ödəyəcəyik.

 

Bizi bir Batum sərhədində saxladılar. Bu dəfə Yol Polisi Xidmətinin əməkdaşları. Dayanıb növbə gözlədiyimiz yerdə sürücünün kəmər taxmamasını bəhanə gətirib 40 lari (18 manat) cərimələdilər. Sonradan bildik ki, burada hər hansı qərəz olmayıb, sadəcə gürcülərin büdcəsini yabançıların hesabına doldurmaq bir adətdir.

 

Türkiyədə isə Yol Polisi əməkdaşları Azərbaycan maşınlarını saxlamırlar. Saxlayanda isə hal-əhval tutmaq üçün: məmləkətdə vəziyyət necədir, Qarabağı zaman qaytaracaqsınız s.

 

Maraqlı hadisə isə sərhəddən keçəndən sonra, deyəsən Girəsun tərəfdə oldu. Yol polisi sürət həddimizi aşdığımıza görə bizi saxladı, sonra yolumuza davam eləməyimizi istədi hara getdiyimizlə maraqlandı. Zəka bəy:

 

- Malatyaya, - dedi.

 

Bu sözləri eşidən QAİ əməkdaşının gözləri kəlləsinə çıxdı, az qala canavar kimi uladı və:

 

- Sən hələ yürü, yürü, - dedi...

 

Onda başa düşdük ki, bizim yolumuz qurtaran deyil. Sonradan isə bildik ki, marşrutu düz seçməmişik, hardasa 350 kilometr yolu artıq getmişik, sol qulağımızı sağ əlimizlə tutmuşuq. Amma bütün bunlar səfərdən aldığımız ləzzət və təəssürata pis təsir eləmədi, əksinə yol boyu lətifələr danışır, tanıdığımız dost-tanışın məzəli əhvalatlarını və vərdişlərini yada salırdıq. Xəyal Rzanın parodiya məharəti və Zəka Vilayətoğlunun oxuduğu mahnılar çox köməyimizə gəldi.

 

Ətraf o qədər gözəl, sakit, bəzən də elə bakirəydi ki, ondan ləzzət almamaq mümkün deyildi. Sadəcə bir dostumun Quba səyahəti zamanı dedyi sözləri yadıma salırdım: Adam bu yaşıllığı, bu gözəlliyi gözlərinə yığıb aparmaq istəyir...

 

Bu sözləri xatırlayarkən səfər yoldaşlarıma məşhur yazıçı Ernest Heminqueyin bir deyimini təkrarlayırdım: Bu gözəlliyi ayıq başla seyr eləmək olmaz, adamın qısqanclıqdan ürəyi partlayar. Amma nə yaxşı ki, həm gedəndə, həm də geri qayıdanda öz məmləkətimizin gözəlliyini bir daha hiss edir və qürurlanırdıq. Yaxşı marşrut seçmişdik axı: Qazax, Ağsu dolayları və Bakı...

 

Növbəti yazı Qori şəhəri, Müəllimlər Seminariyası və Stalin muzeyi barədə olacaq...

 

03-10 may 2015

 

 

 

Elçin Hüseynbəyli

525-ci qəzet.- 2015.- 16 may.- S.23