"Məhtimqulu dostluq və həmrəyliyin tərənnümçüsüdür" mövzulu konfrans keçirilib

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin, Əlyazmalar Folklor institutlarının, həmçinin Türkmənistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə böyük türkmən şairi Məhtimqulu Fəraqiyə həsr edilmiş "Məhtimqulu dostluq həmrəyliyin tərənnümçüsüdür" mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Əvvəlcə böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məhtimqulu Fəraqinin müxtəlif dillərdə çap olunmuş əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

 

Azərbaycanın Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat yaradıcılığından ətraflı bəhs edib, böyük mütəfəkkirin zəngin bədii irsindən, onun türkmən yazılı ədəbiyyatındakı xidmətlərindən danışıb.

 

Məhtimqulu Fəraqini Türkmənistanda milli istiqlal ədəbiyyatının banisi kimi xarakterizə edən akademik İsa Həbibbəyli şairin yaradıcılığında vətənpərvərlik, türkmən qəbilələrini birliyə çağırış motivlərinin daha güclü olduğunu onun poeziyasında realizmin əsas yer tutduğunu diqqətə çatdırıb.

 

Məhtimqulu Fəraqini türk-müsəlman dünyasının ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi dəyərləndirən akademik İsa Həbibbəyli qeyd edib ki, böyük mütəfəkkir şair dünyada xalqların mənəvi-siyasi birliyinin böyük müdafiəçisi carçısı kimi qəbul olunur:

 

"Bu böyük sənətkarın türkmən ellərini birliyə çağırışları nəticə etibarilə türk ellərini, ümumiyyətlə insanları yaşadıqları torpaqlarda, ömür sürdükləri məmləkətlərdə oturaq həyatın qorunub saxlanması ilə ölkələrin qorunub saxlanmasının möhkəmlənməsinin zəruriliyini qabarıq şəkildə ifadə etmişdir.

 

Müasir türkmən şeiri, yeni türkmən ədəbiyyatı Məhtimqulu Fəraqi ilə başlamışdır. Məhtimqulu Fəraqi Dədə Qorqudla əsası qoyulan, Yunis Əmrə ilə davam edən, Dirili Qurbanla el-oba içinə geniş yayılan, Molla Pənah Vaqiflə kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII əsr türkmən yazılı ədəbiyyatındakı ən görkəmli nümayəndəsidir.

 

Məhtimqulu Fəraqinin yaradıcılığı xalq şeiri ilə xalqın həyatı mübarizəsinin birlik çələngidir".

 

Akademik İsa Həbibbəyli bu il Məhtimqulu Fəraqiyə həsr olunmuş elmi konfransın Türkmənistanın bitərəf dövlət olmasının 20 illiyi ilə eyni vaxtda keçirilməsini həm böyük şairin öz xalqının müstəqilliyi dövlətçiliyi ideyalarını bəyan etməsi ilə səsləşdiyini qeyd edib. Bildirib ki, elmi konfrans Azərbaycan-Türkmənistan əlaqələrinin yeni bir səhifəsi kimi əhəmiyyətlidir.

 

"Məhtimqulu Fəraqi dostluq həmrəyliyin tərənnümçüsüdür" mövzusunda məruzə ilə çıxış edən Türkmənistanın ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Toyli Komekov M.Fəraqinin ümumtürk ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, 1724-cü ildə anadan olan Məhtimqulu "Fəraqi" təxəllüsü ilə şeirlər yazıb. Onun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir.

 

Məhtimqulunun yaradıcılığı Azərbaycan şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadi yaradıcılığına da ciddi təsir göstərib.

 

Səfir azərbaycanlı alim, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi İsmixan Osmanlının Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun müvafiq fərmanına əsasən "Məhtimqulu Fəraqi" medalı ilə təltif edildiyini bildirib. Qeyd edib ki, azərbaycanlı tədqiqatçı bu mükafata türkmən xalqının böyük mütəfəkkiri M.Fəraqinin yaradıcılıq irsinin tədqiqində, geniş yayılmasında və təbliğində xidmətlərinə, həmçinin Türkmənistan ilə dostluq əlaqələrinin, elm, təhsil, mədəniyyət və humanitar sahələrin inkişafına verdiyi töhfəyə, səmərəli və bədii nailiyyətlərə görə layiq görülüb. Səfir "Məhtimqulu Fəraqi" medalını Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlıya təqdim edib.

 

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli "Məhtimqulu Fəraqinin yaradıcılığında vətənpərvərlik", Nizami adına Ədəbiyyat İnstitutunun dorektor müavini, filologiya elmləri doktoru, professor Məmməd Əliyev "Məhtimqulu Fəraqinin poeziyasında klassikxalq şeiri ənənələri" mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrində böyük mütəfəkkirin yardıcılığı barədə geniş və hərtərəfli elmi təhlillər diqqətə çatdırılıb.

 

Sonra AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edib. Eləcə də Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun ("Məhtimqulu Fəraqi və XVIII əsrdə oğuz türklərinin ədəbiyyatı"), Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın ("Məhtimqulu Fəraqinin irsi türkmən və ümumtürk dəyərlər qovşağında"), "Türk xalqları şöbəsi"nin doktorantı Töhfə Talıbovanın("Müstəqillik illərində Məhtimqulu Fəraqinin  yaradıcılığı Nizami adına Ədəbiyyat İnstitutu alimlərinin tədqiqində") müxtəlif mövzularda çıxışları dinlənilib.

 

Çıxışlarda qədim tarixə, ortaq köklərə və zəngin ənənələrə malik olan qardaş türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndirilib, şairin bədii yaradıcılığına müxtəlif elmi istiqamətlərdən nəzər yetirilib.

 

Elmi konfransda İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayiniştirak edib.

 

Tədbir boyu böyük türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığını əks etdirən fotoslaydlar nümayiş olunub.

 

Elmi-praktik konfransda bir sıra ölkələrin diplomatik korpusların təmsilçiləri, elmi əməkdaşlar və televiziyaların, kütləvi informasiya vasitələrinin, eləcə də elektron medianın nümayəndələri iştirak ediblər.

525-ci qəzet.- 2015.- 21 iyun.- S.7.