Qız qalası “Avropada ilin muzeyi” müsabiqəsinin təltif olunub

 

 

Şotlandiyanın Qlazqo şəhərində keçirilmişAvropada ilin muzeyi” müsabiqəsində Qız qalası “Muzeyin ictimai əhəmiyyətliliyinin artırılması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə” nominasiyasında yer alıb.

AZƏRTAC xəbər verir ki, Qız qalası bu nominasiya ilə muzey işinin təkmilləşdirilməsinə verdiyi töhfəsinə görə təltif edilib.

Avropa Muzey Forumu tərəfindən keçirilən bu müsabiqə müvafiq sahədə nüfuzlu mövqeyi ilə seçilir. 1977-ci ildən başlayaraq hər il onlarla muzey bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.

Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud yenidən qurulmuş, yeni bölmə yaratmış muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qurması, mövzuların və əşyaların təqdimatında yenieksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.

 

525-ci qəzet.- 2015.- 22 may.- S.7.