İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi.

Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun mütəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası - Xalq Cümhuriyyəti elan edildi.

 

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə , bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar.

 

Xalqa dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır.

 

Hacı Səlim Axundzadə

 

Görkəmli ictimai-siyasi xadim Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəranda anadan olub.

O, ilk təhsilini atası, şair Mirzə İsmayıl Qasirin Lənkəranda açdığı üsuli-cədid məktəbində alıb, sonra gimnaziyada oxuyub. Daha səkkiz il Ərdəbildə, Zəncanda, Nəcəfdə təhsilini davam etdirib, ilahiyyat elmlərinə yiyələnib.

 

Lənkərana qayıtdıqdan sonra, şəhər polis idarəsində, sonralar isə mülkədar Əskər xan Talışinskinin yanında katib işləyib, bir müddət mollalıq edib. 1911-ci ildən şəhər gimnaziyasında şəriətdən fransız dilindən dərs deyib.

 

1915-ci ilin əvvəllərində Türkiyəyə gedib. 1917-ci ilin yayında vətənə qayıtdıqdan sonra "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyasına daxil olub. Partiyanın birinci qurultayında iştirak edib, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərib, Seymin Müsəlman fraksiyasının üzvü olub.

 

Mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal Bəyannaməsi qəbul edilərkən Azərbaycan Milli Şurasının üzvü Hacı Səlim Axundzadə müstəqilliyin lehinə səs verib. Axundzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, "Müsavat" partiyasının ikinci qurultayının iştirakçısı olub.

 

Hacı Səlim Axundzadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Azərbaycanın digər bölgələrində həyata keçirilən mədəni-maarif tədbirlərinin təşkilatçılarından olub.

O, 1920-ci il aprel işğalından sonra İranın Ənzəli şəhərinə köçən Axundzadə, orada hökumət məktəbində şəriətdən dərs deyib. Axundzadə İrandakı müsavatçıların fəaliyyətinə rəhbərlik edənlərdən olub. O, 1930-cu ildə İranın Ənzəli şəhərində vəfat edib.

 

Abbas Atamalıbəyov

 

1895-ci il fevralın 26-da Tiflisdə anadan olan Abbas Atamalıbəyov topçu zabit olmaq istəsə , görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etməyiblər.

 

1914-cü ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olub. Bu dövrdə sağ eserlərə qoşulan Abbas müsəlman həmyerlilər komitəsinin sədri seçilib. Rusiyada inqilabi hərəkatda yaxından iştirak edib, hərc-mərclik yarandığından Qafqaza dönüb, eserlər partiyasında siyasi fəaliyyətini davam etdirib.

 

A. Atamalıbəyov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi olub. Atamalıbəyov Azərbaycan Milli Şurasının Cümhuriyyət Parlamentində -"Sosialistlər bloku" fraksiyasının üzvü idi.

 

Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilib. Azərbaycan Xarici İşlər Nazirliyi Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin üzvü M. Məhərrəmovu əvəz etmək üçün Atamalıbəyovu Fransaya ezam edib o, nümayəndə heyətinin tərkibində katib kimi fəaliyyət göstərib.

 

1920-ci il aprel işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında Atamalıbəyovun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi.

 

Parisdə siyasi fəaliyyətini davam etdirən Atamalıbəyov, mühacirət dairələrində tanınan siyasətçilərdən olub. Fransa hökumətinin SSRİ- qarşı siyasətinin mühacirlər üçün yaratdığı əlverişli imkanlardan istifadə edərək, Parisdə Siyasi Elmlər Məktəbini bitirib.

 

Azərbaycan mühacirətində Məhəmməd Əmin Rəsulzadəyə müxalif olan qrupa mənsub idi. Qərargahı Cenevrədə olan Millətlər Cəmiyyətinin, siyasi tədbir müzakirələrində vaxtaşırı iştirak edib. Əlimərdan bəy Topçubaşovun vəfatından (1934) sonra Parisdə cəmləşən Azərbaycan mühacirətinin rəhbəri idi.

 

Atamalıbəyov həm publisistik məqalələrin müəllifidir. Əməkdaşlıq etdiyi "Revyu de Prometey", "O" jurnallarında Cənubi Qafqaza dair məqalələri dərc olunub.

 

Fransa almanlar tərəfindən işğal olunduqdan sonra Berlində yaşayıb, orada Qırmızı Xaç Komitəsində çalışıb, azərbaycanlı əsirləri xilas etmək üçün böyük işlər görüb.

Siyasi fəaliyyətini burada da davam etdirən Atamalıbəyov Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan üç nəfərdən ibarət qrupa (Ə.Fətəlibəyli-Düdənginski F.Əmircanla birlikdə) daxil olub.

1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olan A. Atamalıbəyov Şuranın 1947-ci ildə Lozannada keçirilən toplantısında iştirak edib. Sonralar bir müddət Çilidə, MƏR-, 1967-ci ildən isə ABŞ-da yaşayıb.

 

Ömrünün sonunadək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparıb, vətəninə qovuşacağına inamını itirməyib. Lakin uzun sürən ağır xəstəlikdən sonra 1971-ci ildə Klivlenddə vəfat edib.

 

Abbas Atamalıbəyov

 

İctimai xadim Həmdulla Əfəndizadə 1888-ci ildə Quba qəzası, Dəvəçi nahiyəsinin Qələgah kəndində anadan olub. Əfəndizadə ilk təhsilini kənd mollaxanasında Qubadakı mədrəsədə alıb.

 

O, 1906-cı ildə ikisinifli rus məktəbini bitirib. Ərəb, fars rus dillərini öyrənib. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulan erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi dostu Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşub, canfəşanlıq göstərib.

 

Əfəndizadə Azərbaycanın siyasi həyatında yaxından iştirak edib, "İttihad" partiyasının fəal üzvlərindən olub. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilib, "İttihad" fraksiyasının üzvü olub. 1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana soxulduqda, Əfəndizadə öz tərəfdarları ilə birlikdə onun qarşısını kəsməyə cəhd göstərib, lakin qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olub.

 

O, da digər məsləkdaşları kimi 1928-ci ildə repressiyaya məruz qalaraq, Sibirə sürgün olunub orada vəfat edib.

 

Mustafa Mahmudov

 

Xalq Cümhuriyyətinin fəal üzvlərindən biri Mustafa Mahmudovdur.

 

O, 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olub. Qori Müəllimlər Seminariyasını bitirib, Bakıda 1-ci "rus-müsəlman" məktəbində müəllim müdir daşınmaz şəhər mülkiyyətini qiymətləndirən komissiyada məmur işləyib. 1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilib.

 

Dumada müsəlman fraksiyasının, 9-cu şöbənin dörd komissiyanın üzvü olub. M. Mahmudov hərbi-səhra məhkəmələrinin ləğvinə tərəfdar çıxıb, Fətəli xan Xoyski Xəlil bəy Xasməmmədovla birlikdə hərbi nazirə müraciət edərək, Qafqaz hərbi-səhra məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunanların cəzasını yüngülləşdirmək barədə vəsatət qaldırıb.

 

Mahmudov işsizlərə yardım komissiyasının üzvü kimi "Proqres" qəzeti vasitəsi ilə işsizlər onlara lazımi yardımın həcmi barədə məlumat göndərilməsi üçün oxuculara müraciət edib. Dumanın xalq təhsili komissiyasının üzvü M. Mahmudov maarif nazirini müsəlman əhalisinin təhsilinin vəziyyətinə göz yummaqda təqsirləndirib, müsəlman müəllimlərinə qarşı ayrı-seçkiliyin mövcud olduğunu onların "kastalara" bölündüyünü tənqid edib.

1917-ci ildə Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü, Milli Şuranın "Azərbaycan Məclisi-Məhbusanının təsisi haqqında qanun"una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı seçilib. Mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilib. Mahmudov Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olub.

 

Mahmudov "Müsavat" fraksiyasının, parlamentin Aqrar komissiyasının üzvü olub. Aprel işğalından sonra təqiblərə məruz qalan Mahmudov millətçilikdə, "əks-inqilabi fəaliyyətdə" ittiham edilib.

Bakıdakı 132 saylı məktəbdə dərs deyib. 1924 və 1929-cu illərdə işdən çıxarılması barədə məsələ qaldırılıb, 1937-ci ilin noyabrında həbs olunaraq güllələnib.

 

Samirə QULİYEVA

525-ci qəzet.- 2015.- 28 may.- S.6.