SÜFRƏ BAŞINDA

 

Günəş fəsil sərib yerə,

Biz də süfrə başındayıq.

Küləş xəsil sərib yerə,

Biz də xəsil yaşındayıq.

 

Çərxi -külək, su hərləyir,

Su göylərin qeyrətidi.

Külək əsir su hərləyir,

Külək onun heyrətidi.

 

Dəyirmanın daşı ağır,

Günah etsən düşər başa.

Dəyirmanın başı yağır,

Gələn qoşa, gedən qoşa.

 

Bu süfrənin çevrəsi gen,

Hər gələnə yer tapılır.

Ürək kimi dövrəsi gen,

Sovqatına sirr tapılır.

 

Yeyib, doyub oxuyuruq

Bərəkətin nəğməsini.

Biz süfrəni qoruyuruq

Süfrə bizi, nəğməsini.

 

Süfrə bulaq başındadı,

Bizbulaq daşındayıq.

Süfrə qaya qaşındadı,

Bizqaya yaşındayıq.

 

Bu süfrənin neməti bol,

Həsrət baxır, göz doyurur.

Bu süfrəyə uzanan yol,

Halallıqda yol buyurur.

 

Qovuşduraq süfrələri,

Ehtiyac var, ehtiyaca.

Duza dönsün alın təri,

Yer qalmasın yerdə aca.

 

YER GƏZİRƏM ÜRƏYİMİ BOŞALDAM

 

Yer gəzirəm boşaltmağa ürəyi,

Su yanmazmı desəm suya, görəsən.

Söz gəzirəm dayandıra küləyi,

Külək yanıb yandırmazmı görəsən.

 

Nələr yatır ürəyimdə bilmirəm,

Boşaldanda aləm bilib güləcək.

Xəcalətdən ağlamıram, gülmürəm,

Köməyimə xatirələr gələcək.

 

Dəryalara desəm coşub daşarmı?

Su hirslənib sahilləri basarmı?

Göz heyrətdə, dil yanılıb coşarmı -

Heyrətindən su özünü aşarmı.

 

Neyləyəcək əsən külək, axan su,

Bir quyuya danışmağa qorxuram.

Ona görə deyirəm ki, doğrusu,

Ürəyimi boşaltmağa qorxuram.

 

TƏƏSSÜF FÜRSƏTİN OCAQ YERİDİ

 

Fürsətin qəribə məqamları var,

Əldən buraxdınmı quştək uçacaq.

Burda iradənin hər hökmü qərar -

Cəsarət bir qucaq, fürsət bir qucaq.

 

Fürsət də həmişə qismətə düşmür,

Taleyin paydüşər, düşməzi vardı.

Qismət də həmişə fürsətə düşmür,

Birgördün əsdi yellər apardı.

 

Təəssüf fürsətin ocaq yeridi,

Ocağın peşiman daşı qapqara.

Təəssüf fürsətdən sonra yeridi,

Peşiman qayıdır, gedirsə hara.

 

Hardasa sızlayır peşimançılıq,

Fürsətdən gileyli, bəxtdən gileyli.

ölür, nə qalır, gözləri açıq,

Keçmişdən yaralı, vaxtdan gileyli.

 

Təəssüf fürsətin ocaq yeridi,

Yandıran özümüz, söndürən özü.

Təəssüf fürsətin qucaq yeridi,

Sönməyib hələ də fürsətin közü.

 

Fürsəti o qədər fövtə vermişəm,

Təəssüf öldürür, danlayır məni.

Gedib o dünyanı görüb gəlmişəm,

Yaxşı ki, təsəlli anlayır məni.

 

QADINLAR KİŞİDƏN ÇOX ÖMÜR SÜRÜR

 

Qadınlar kişidən çox yaşayır ki...

Nəfəsi ocağa bağlayan olsun.

Qadın göz yaşından yük daşıyır ki,

Öləndə yarını ağlayan olsun.

 

Qadınlar kişidən çox yaşayır ki...

Meyvəni meyvəyə calayan olsun

Qadınlar köksündə od daşıyır ki,

Sönəndə ocağı qalayan olsun.

 

Atalar anadan az yaşayır ki...

Ana çəkən dərdi ata çəkəmmir.

Atalar anadan az yaşayır ki...

Qəlbinə təzə bir sevda əkəmmir.

 

Analar atadan çox yaşayırlar,

Az nədi, çox nədi, hələ bilmirəm.

Atası, anası yox yaşayırlar,

Bir orta məxrəcə gələ bilmirəm.

 

Bu tale yazısı çox qəribədi,

üçün belədi bilə bilmirəm.

Yadıma saldıqca göz qəribsədi,

Ağlaya bilmirəm, gülə bilmirəm.

 

XƏYAL DƏNİZİNDƏ BATIR YELKƏNİM

 

Gün var yaşayıram hər dəqiqəni,

Ləpələr üstündə yatır yelkənim.

Gün var hər dəqiqə yandırır məni,

Xəyal dənizində batır yelkənim.

 

Əlimdən çıxanda fürsət yad kimi,

Yandırır dilimi son fəryad kimi.

Yüyəni çeynəyən dəli at kimi,

Məni dalğalara atır yelkənim.

 

Təsadüf dondurmur ayıları,

Yandırıb söndürür bayağıları.

Uzaqdan görəndə qağayıları,

Deyirəm sahilə çatır yelkənim.

 

Gecələr avara dönür qollarım,

Uzanır-gödəlir ömür yollarım.

Ömürlük susanda lal xəyallarım,

Küləyi sulara qatır yelkənim.

 

Yelkənin üstündən şeh tükənəndə,

Zülmətdə dənizə ay tək enəndə.

Külək dayananda meh tükənəndə,

Ümidi balığa atır yelkənim.

 

AĞILSIZ

 

Solaxaylar varını

Sağ cibində gizlədir.

Sağəllilər arını

Sol cibində gözlədir.

Cütəllilər pulunu

Yer tapmayır qoymağa

Burda məqsəd pozulmur,

Münasibət yozulmur,

Ağılsızı bilmirəm

Ağıllıda pul olmur

Bicləri demirəm ha...

 

İTMİŞ AÇAR

 

İtirmişəm açarını cənnətin,

Ölçəmmirəm sürətini heyrətin.

Kim tapacaq bu açarı - çox çətin,

Tapammasam onda hara gedim mən.

 

Bir itim var qorxudur, qapır,

Heç bilmir ki, axtarsa tapır.

Bir atım var, yüyürür, çapır,

Çapammasam onda hara gedim mən.

 

Axtarışa çağırmışam uçarı.

Yol gözlədir mən peşiman naçarı,

Mən cənnətlik olmasam da açarı -

Tapılsaydı sevdiyimə verərdim.

 

O DEYİL

 

Baxma kəc baxmağına,

Mən deyən afət o deyil.

Yandırıb yaxmağına -

Əhdi əmanət o deyil.

 

Mən deyən qəlbinurun,

Atəşini görməmisən.

Könlü məftun eləyən,

Zövqü lətafət o deyil.

 

Gecə gördünsə əgər,

Tabı əlindən qoparar.

Səni sənsiz aparar,

Sanma xəyanət o deyil.

 

Zülfünə bir bax onun,

Gör neçə məftun kəsilib.

Layiqi olmayana,

Layiqi nemət, o deyil.

 

Hər sevən aşıq deyil,

Xoşbəxt ola sevdasına.

Hicrinə dözmək çətin -

Yoxsa dəyanət, o deyil.

 

Söz vevər peşman edər,

Sən aldanarsan, aldanış -

Car çəkər, bil ki səni,

Eylər xəcalət, o deyil.

 

MİRZƏ ŞƏFİ VAZEHƏ

 

Zaman onu kaman kimi gəribdi

Özü harda, söz dünyası hardadı.

Bəxti kimi taleyi qəribdi

Vəfadarı -Züleyxası hardadı.

 

Bu dünyadan umacağı olmayıb

Yurdu olub, öz ocağı olmayıb

Gəlib gedib qalacağı olmayıb

Təmənnasız təmənnası hardadı.

 

Nəğməsinə göz tikənlər çox olub,

Ac gözləri bu dünyada tox olub.

Şeirləri əldən çıxıb yox olub -

Müəmmalı müəmması hardadı.

 

Müdrikliyi heyran qoyub yadları

Yadlar alıb dəyişdirib adları

Şam eləyib qəlbindəki odları

Bu hikmətin söz mənası hardadı.

 

Əldən çıxıb məhəbbətin fürsəti

Baş tutmayıb Hafizənin niyyəti

Nakam qalıb ürəyində qisməti

Gürcü qızı Susannası hardadı.

 

Heç kəs onun əzabını çəkmədi

Tənələrin qabağında çökmədi

Avropanı silkələdi hikməti

Öz ulduzu, öz səması hardadı.

 

Qəmzə oxu sinəsinin yarası-

Ulduz qədər, kim axtarıb sayası

Alınmayıb məhəbbətin qisası

Bu sevdanın toy-yası hardadı.

 

Həsrət ilə yola baxır türbəsi

Ünvanına süfrə salır öz səsi

Gəncə olub Mirzə Şəfi hücrəsi

Adı dildə, el-obası burdadı

Soruşmayın Mirzə Şəfi hardadı.

 

QIŞIN ŞİMAL ŞEİRLƏRİ

 

Papaq üstə qar topası

Göylər yerə qar yapası

Hər budaqda qar lopası -

Qışın şimal şeirləri.

 

Dondurmağa adam gəzir

Yandırmağa verir nəzir

Qədəhlərdə şaxta əsir -

Qışın şimal şeirləri.

 

Gah qəmlənir, gah sevinir

qışqırır, deyinir

Gəlin kimi geyinir

Qışın şimal şeirləri.

 

Şaxta çəkir şah əsəri

Gələn yazdı səmti bəri

Pəncərədə alın təri -

Qışın şimal şeirləri.

 

Balıq saxlar buz altında -

Duzlamağa, duz altında

Çadır qurar qoz altında -

Qışın şimal şeirləri.

 

Ovçu durar bərələrdə

Qarla dolar dərələr

Yanar, sönər kürələrdə

Qışın şimal şeirləri.

 

Axtarıram yaz hardadı

Bəlkə qışdan bezardadı

Yazdan qalıb yazardadı -

Qışın şimal şeirləri.

 

Quşlar donur göylərində

Qışlar, donar göllərində

Daşlar- dolu göylərində

Qışın şimal şeirləri.

 

Buz daşında həyat yaşar

Yaşamağı burda bacar

Xizəklərə maral qoşar

Qışın şimal şeirləri.

 

Şamdadına şam al, yanar

Şam yananda şümal yanar

Yanmaq üçün verər qərar

Qışın şimal şeirləri.

 

Son şeirini quşlar yazar

Ulduz batsa quşlar azar

Oxuyanı etməz bezar

Qışın şimal şeirləri.

 

QÜZEY-QÜTB

 

Ana təbiətin işinə bir bax

Bunlara qar verib, bizə ar verib.

Taleyin yükünə, köçünə bir bax

Bunlara meşəlik bizə bar verib.

 

Donmuş dənizlərdən şüşəsi vardı

Sərhədsiz sərhəddin təşnəsi vardı

İzə möhtac qalan güşəsi varsa

Bunlara gen meydan bizə dar verib.

 

Qışında nəyi var, nəyi yoxdu ki,

Torpağı toxdu ki, suyu toxdu ki,

Sərvəti çoxdu ki, varı çoxdu ki,

Bizə bir parça növ nübar verib.

 

Sahilə yollayıb qağayıları

Yanında saxlayıb ayıları

Təbiət belədi - bilinmir sayı

Nəyi var paylayıb, nəyi var verib.

 

Etibardan uzaq sarı qızları

Oynadır göylərdə ulduzları

Özündə saxlayıb sınıq buzları

yaxşı bizə düz ilqar verib.

.

 

RÜBAİL

525-ci qəzet.- 2015.- 30 may.- S.27