Başını yerində saxlayıb ürəyini uşaq ürəyi kimi qurmaq

 

“AZƏRBAYCANFİLM”in “DƏRS” FİLMİ BARƏDƏ QEYDLƏR

 

Keçid dövrünün durğunluğundan sonra yenidən dirçəlməyə başlayan milli kinomuzun son layihələrindən biri uşaqlara həsr edilib.

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi bu bədii ekran əsəri “Dərs” adlanır.

 

Dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Elza Ağayeva Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev Cavid Təvəkkül, redaktoru Ramiz Rövşəndir. Uşaq rollarında Bakı məktəbliləri Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva digərləri, böyük rollarında isə Nazim İbrahimov (Azərbaycan Yazıçılar Birliyinin sədr müavini), Mənsurə Əhmədova, Rasim Cəfər başqaları çəkiliblər.

 

Xatırladaq ki, “Dərs” yeni yüzildə uşaqlar üçün çəkilən ilk bədii filmdir. Məktəbli yeniyetmələrin həyatından bəhs edən filmin ideyası klassik kodekslərin inkarı üzərində deyil, yeni həyat, yeni dövr şərtlərinə uyğun davamı üzərində qurulub. Zamandan, dövrandan, coğrafiyadan asılı olmayaraq, uşaq hər yerdə, hər zaman uşaqdır ona aşılanan insani-əxlaqi dəyərlər eynidir; dostluq, mərdlik, dürüstlük,çalışqanlıq, böyüklərə sayğı,şücaət,yurda sevgi... “Dərs”də əsas planda uşağın cəmiyyətə adaptəsində mühüm rol oynayan dostluq ünsiyyət xətti izlənir.

 

Filmin qəhrəmanı ziyalı ailədə tərbiyələnmiş nəcib, nümunəvi iddiasız bir vunderkinddir. Adı Xalid olsa da, gonbulluğu üzündən sinif yoldaşları onu “Begemot” deyə çağırırlar. Zəmanənin təsiri ilə bir qədər “ulduz” xəstəliyinə yoluxan bizim oğlan, bu sifətləri özünün malik olduğu gözəl keyfiyyətlərdə deyil, məktəbin ən yaxşı futbolçusu, yaxud bütün qızların kumiri olmaqda görür bu səbəbdən Asiflə dostluğa can atır. Lakin bütün çabalarına, xeyirxahlıq fədakarlığına rəğmən uzatdığı əl havada qalır, “dost” onu dolayır, istifadə edir, sonra da müəllimə xəbərçilik etməkdə suçlayaraq bütün sinfin gözündən salıb pisikdirir.

 

Təminatlı ailədən çıxmış vunderkind bu vəziyyətdə müharibə dövrünün uşaqlığından bəhs edən “Şərikli çörək” filmindəki yetim oğlana bənzəyir. Ailənin itmiş çörək kartoçkasını tapıb dükandan çörək “payoku” alan tifilə inanmayan məhəllə uşaqları onu oğru hesab edirlər. Lakin kino həyat qədər acımasız olmadığından, həm tərbiyəvi məqsədləri hədəflədiyindən, hər iki filmin sonunda uşaqların günahsız olduğu üzə çıxır ədalət yerini alır.

 

lll

 

Uşaq təxəyyülünün harada başlayıb harada qurtardığı mübahisəli məsələdir. Mühüm olan uşağın qavraya biləcəyi formanı tapmaqdır.Görkəmli uşaq yazarı Korney Çukovskinin ifadəsiylə desək, uşaqlar üçün uğurlu inandırıcı bir şey yaratmaq istəyirsənsə, uşağın çəkmələrini geyinməlisən. Bu prinsip gözlənildiyi təqdirdə, uşaqla istənilən janrda istənilən məzmunda anlaşmaq mümkündür.

 

Sovet dönəmində çəkilmiş uşaq filmlərimiz bu baxımdan rəngarəngdir. İstər nağıl estetikasındaSehrli xalat”, “Bir qalanın sirri”, “Qərib cinlər diyarında”), istər realist üslubda çəkilmişŞərikli çörək”, “Qaraca qız”, “Ögey ana”, “Mən mahnı qoşuram”, “Asif, Vasif, Ağasif”) maraqlı uşaq filmlərimiz var. “Dərs”in yaradıcıları da realizm mövqeyini tərcih etmişlər. Açıq, sınırsız , praqmatik dünyada yaşayan, valideynlərindən çox zəmanələrinə bənzəyən “ana bətnində dil öyrənən” müasir uşaqları nağıl əsatirlə, fantastik hekayətlərlə həyata hazırlamaq çətinləşdiyindən, filmdəki örnəklər bilavasitə, həyatın öz içindən alınıb.Obyektivə gətirilən olaylar o qədər həyati tipikdir ki, məktəb həyatımızda bu digər şəkildə hər birimiz iştirakçısı olmuşuq. Məsələn, dərsi pozaraq müəllimi məqsəddən yayındırmaq, hazırlıqsız şagirdə him-cimlə, gizlicə kitab tutmaqla “yardım” etmək, sözü bir yerə qoyub qaçmaq ya sinfin liderlərinin diqtəsi ilə birisini boykot edib pisikdirmək kimi ağılsız şeylər. Belə kütləvi aksiyalar bəzən hətta hədəfə alınan uşağın məktəbdən getməsinə, xəstələnib yatağa düşməsinə qədər yoğunlayır. “Dərs”in qəhrəmanı yatağa düşsə , müvazinətini itirmir bu işdə babası ona mənəvi dayaq olur.

 

lll

 

Baba filmdə keçmişi təmsil edən, amma mühafizəkarlıqdan uzaq olan praqmatik bir düşüncə sahibidir. Özü alim olsa da, nəvəsinə dərsini yaxşı oxu, gələcəkdə böyük adam ol bu kimi ənənəvi öyüdlər verdiyini eşitmirik ondan. Çalış, doğru bildiyin şəkildə yaşa, doğru bildiyini et- babanın nəvəyə təlqin etmək istədiyi amal budur. Xalidin məktəbin ulduzuyla dost olmaq çabaları da baba tərəfindən təqdir olunmur: “Sən niyə məhz Asiflə dost olmaq istəyirsən ki? Məgər başqaları dostluğa layiq deyil? Çalış, özünə, ürəyinə xilaf çıxma elə et ki, qoy səninlə dostluğa can atsınlar”. Misallardan da göründüyü kimi, baba canfəşanlıqla repetitorluq etmək iddiasında deyil, sadəcə, gərəkəndə təcrübəli, bilgəbir məsləhətçi kimi nəvəsinin yanında olur. Doğrudur, Sovet dövrünün uşaqlığı barədə söhbət edərkən, o, bir qədər nəsihətçi təsir bağışlayır, amma diqqət edərkən babanın bunu ancaq bilgiləndirmək məqsədi ilə etdiyini görürük. 13-14 yaş uşağın yeniyetməlik dövrünə təzəcə qədəm basdığı, həyatının qərarını özü vermək sərbəst olmaq havası ilə yaşadığı çox həssas bir dönəm olduğundan, filmin yaradıcıları babanı mümkün qədər liberal, müşahidəçi mövqedən təqdim etməklə, pafosdan, ritorik intonasiyalardan qaçmışlar.

 

lll

 

“Dərs”i Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Tofiq İsmayılov, Həbib İsmayılov kimi tanınmış rejissorlar çəkib, rollarda İsmayıl Osmanlı, Nəcibə Məlikova, Həsən Turabov, Amalya Pənahova kimi aktyorlar oynayır. İstər ssenari rejissura, istərsə oyunçu qrupu baxımından “Dərs” demək olar ki, bir debut filmidir onun amacı uşaqların fonunda kristal Sovet müəllimiBizim Cəbiş müəllim”), yaxud, nəcib bir ana obrazıÖgey ana”) yaratmaq olmayıb, sırf uşaqlara onların dünyasını açmağa xidmət edir. Bu səbəbdən, filmdə nisbətən çox görünən baba Nəsibə müəllimə daxil, böyüklərə ayrılan bütün rollar epizodik səciyyəlidir.

 

“Dərs”in uğurları kimi, kəsirləri barədə, məsələn, bədii filmdə publisistik intonasiyanın güclü olması, rolların səsləndirilməsinə diqqətsizlik sair məqamlar üzərində xeyli dayanmaq olar. Amma indiki şəraitdə kəskin tənqidə ehtiyac görmürük. Çünki bu, yuxarıda qeyd etdiyimiz kimi, həm bir debüt filmi, həm parlaq kino ənənələrimizin qırıldığı, uzun boşluqdan sonrakı özünəqayıdış təşəbbüslərindən biri olduğu üçün metodologiya platforfa təqdimatına da, bədii-estetik plankaya da bu şərtlər daxilində baxılmalıdır.

 

lll                              

 

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk dövlət başçısına gəlincə ilk dekreti uşaqlar barədə verib, parlamentdə ilk qanunda onlar haqqında çıxarılıb. Keçmiş SSRİ- Lenin mükafatı təsis olunanda ilk mükafatları Korney Çukovski, Marşak, Sergey Mixalkov kimi uşaq yazarlarına veriblər. Bütün dünyada uşaq təfəkkürünə ötürülən hər sözün, hər informasiyanın üzərində pedaqoqlar, psixoloqlar, sosioloq filosoflar işləyir. Çünki o informasiyalar uşaqların beynində kodlaşmaqla onların gələcək həyat tərzinə,yol, mövqe seçiminə, nəhayət, bəşəriyyətin taleyinə təsir göstərir.Uşaqların tərbiyəsində sənətin çox böyük rolu olduğundan, balaca varlıqlar üçün yazılan, çəkilən hər şey böyük fəlsəfi əsaslara, tərbiyəvi məqsədlərə söykənməlidir. Amma elə etməliyik ki, uşaq onu anlayıb, idrak edə bilsin. Qısaca, başını yerində saxlayıb,ürəyini uşaq ürəyi kimi qurmaq görülən işləri sol əllə deyil, sağ əllə görmək lazımdır.

 

 

 

Bəsti Əlibəyli

525-ci qəzet.- 2015.- 30 may.- S.25.