ElçininŞekspir” əsərinin tamaşası Türkiyədə mükafatlandırılıb

 

 

İstanbulda Taksim-Bebek Rotary Klubu tərəfindən verilən üçüncü Rotary teatr mükafatlarının təqdimetmə mərasimi olub.

 

Mərasimdə Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri, elm sənət adamları, İstanbulun tanınmış ziyalıları, teatrsevərlər iştirak ediblər.

 

Azərbaycanın Xalq yazıçısı ElçininŞekspirəsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa da mükafatlandırılanlar sırasında olub. Bu, əməkdar incəsənət xadimi Məlahət Abbasovanın səhnə tərtibatı ilə quruluş verilən tamaşanın Türkiyədə layiq görüldüyü sayca onuncu mükafatdır.

 

Klubun qərarı ilə Məlahət Abbasovaİlin ən yaxşı rejissoru”, tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isəİlin ən yaxşı köməkçi qadın aktrisasınominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə üç müxtəlif teatr mükafatı ilə təltif olunub.

 

Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi bu əsəri qardaş ölkədə sürətlə populyarlaşdırıb. Təkcə ötən il bu səhnə əsərində oynayan 5 aktyorİlin ən yaxşı aktyorumükafatına layiq görülüb. Tamaşanın bəstəkarı həmyerlimiz Aygün Səmədzadədir.

 

Şekspirİstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda baxılmaqdadır.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 30 may.- S.17.