Milli Dram Teatrında Məmmədrza Şeyxzamanovun xatirə gecəsi olub

 

 

Akademik Milli Dram Teatrında görkəmli teatr kino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

Xatirə gecəsində M. Şeyxzamanovun sənət dostları görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

 

Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Azərpaşa Nemət bildirib ki, Azərbaycan teatrkino sənətində M. Şeyxzamanovun müstəsna xidmətləri olub: "Sevinirəm ki, Məmmədrza Şeyxzamanovun xatirə gecəsi onun doğma teatrın keçirilir. Məmmədrza müəllim nəhəng aktyor kimi adını teatrkino tariximizə qızıl hərflərlə yazdırıb, onun bütün rolları yaddaqalan olub".

 

Xalq artisti Ağakişi Kazımov M. Şeyxzamanovla bağlı xatirələrini danışıb, sənətkarı böyük obrazların yaradıcısı kimi dəyərləndirib.

 

Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Elxan Qasımov sənətkarın kinoteatr fəaliyyətindən, onların səhnə həyatında oynadığı roldan danışıblar.

 

Tədbirdə sənətkarın ailəsinin 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs olunan səhnə, xalq artistinin sənət yolunu özündə əks etdirən sərgi xatirə gecəsinin iştirakçılarının ixtiyarına verilib.

 

Yubilyarın qızı Afaq Şeyxzamanova atası haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Tədbirə Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 6 noyabr.- S.7