"Abituriyent" jurnalının 11-ci sayı dərc olunub

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş gənclər haqqında məlumatlarıAbituriyentjurnalının 11-ci sayında dərc edib

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, jurnalda ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin müvafiq sərəncamı, TQDK sədri Məleykə Abbaszadənin təbrik tövsiyələri, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, onlarla aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy təklifləri dərc olunub.

Jurnalda, həmçinin, Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəb, qəbul olduqları ixtisaslar haqqında məlumatlar verilib. Digər 600-dən çox bal toplamış abituriyentlər haqqında məlumatların da əks olunduğu materiallar jurnalın elektron (internet) versiyasında təqdim olunub.

Jurnalı www.abiturient.az saytından sifariş etmək ya TQDK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. ünvanında yerləşən binasındakıAbituriyentsatış köşkündən əldə etmək olar.

Bundan başqa, jurnalın elektron (internet) versiyasını www.abiturient.az saytından pulsuz yükləmək mümkündür.

 

Məmmədli Vəfa

525-ci qəzet.- 2015.- 27 noyabr.- S.2