Xalq artisti İlham Əsgərov dünyasını dəyişib

 

Azərbaycanın xalq artisti, görkəmli aktyor İlham Əsgərov qəflətən dünyasını dəyişib.

 

Bu barədə İlham Əsgərovun yaxın qohumu olan müğənni Rövşən Əziz məlumat verib:

 

"Yarım saat öncə dünyasını dəyişdi. Qəflətən infarkt keçirdi. Xəstəxanaya aparılan zaman yolda vəfat etdi"

 

Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.

 

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. atv.az

 

Allah rəhmət eləsin!

 

525-ci qəzet.- 2015.- 8 sentyabr.- S.8.