“Heydər
Əliyev Azərbaycan
multikulturalizminin siyasi
banisidir”
BİLİK
GÜNÜNDƏ MÜHAZİRƏLƏR BU MÖVZUYA
HƏSR EDİLİB
Multikulturalizm həyat tərzimizdir
“Multikulturalizmin Azərbaycanda
həyat tərzinə
çevrildiyi artıq
danılmaz həqiqətdir. Bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət,
dil və tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə geniş
şərait yaradılıb.
Azərbaycanda bütün dinlərin nümayəndələri yanaşı
ibadət edir, birgə yasamın ən gözəl nümunəsini sərgiləyirlər. Azərbaycan multikulturalizminin
siyasi banisi olan Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin
demokratik inkişafının
tərkib hissəsi hesab edirdi. Məhz buna görə inamla deyirik ki, Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Bu siyasəti
uğurla davam və inkişaf etdirən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, qloballaşma dövründə, informasiya
mübadiləsinin və
bütövlükdə inteqrasiya
proseslərinin fəallaşdığı
bir vaxtda özünütəcrid sadəcə
məhvə məhkumdur”.
Bu il Bilik
Günündə respublikanın
onlarla orta və ali təhsil
ocaqlarında yeni dərs ilinə bu fikirlərlə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçiləri Bilik
Günündə ölkəmizin
bütün bölgələrində-
150-dən çox təhsil
ocağında Azərbaycan
multikulturalizminin özəlliyindən,
mahiyyətindən bəhs
edib. Fondun “İlboyu Bilik” proqramı çərçivəsində
Bakıda və Azərbaycanın bütün
rayonlarında ali və orta məktəblərdə
“Heydər Əliyev Azərbaycan multikulturalizminin
siyasi banisidir” mövzusunda dərslər
keçirilib və mühazirələr oxunub.
Ümumilikdə 158 təhsil
ocağında - 142 orta,
16 ali məktəbdə
tanınmış ziyalılar,
elm xadimləri, diplomatik
korpus nümayəndələri,
media mənsubları məktəblilər,
tələbələr və
yerli sakinlərlə görüşüblər, onlara
Azərbaycanda multikultural
ənənələr, tolerantlıq
mühiti barədə
ətraflı məlumat
veriblər.
Millət
vəkili Aydın Mirzəzadə Mingəçevir
şəhərində, əməkdar
müəllim Əjdər
Ağayev Neftçala
rayonunda, Alban-udi xristian icmasının sədri Robert Mobili Qəbələ rayonunda,
ATV şirkətinin Bədii
Şurasının sədri
Etibar Babayev Siyəzən rayonunda,
professor Rüstəm Kamal
Qazax rayonunda, AMEA Şərqşünaslıq İnstitutunun
direktoru Gövhər Baxşəliyeva Bərdə
rayonunda, folklorşünas
Ağaverdi Xəlilov İsmayıllı rayonunda,
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Şuşa və Qubadlı rayonlarının
qaçqın məktəblərində,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İcraçı direktoru,
professor Azad Məmmədov Ağdam
rayonunun qaçqın
məktəbində şagirdlərlə
görüşüblər. Bundan başqa, akademik Vaqif Abbasov, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Rus Pravoslav Kilsəsinin
Arxiyepiskopu Aleksandr Şeynin, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Gündüz
İsmayılov və
Səyyad Aran Bakı məktəblərində,
həmçinin İtaliya
Respublikasının Azərbaycan
Respublikasındakı fövqəladə
və səlahiyyətli
səfiri Campaolo Kutillo Mədəniyyət
və İncəsənət
Universitetində, Birləşmiş
Ərəb Əmirliklərinin
Azərbaycan Respublikasındakı
fövqəladə və
səlahiyyətli səfirinin
müavini Abdulla Alşamsi
tolerantlıq ənənəsinin
təbliğinə həsr
edilmiş mühazirələr
deyiblər.
lll
Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev özü isə Şamaxı rayonundakı
Sabir qəsəbə
tam orta məktəbində
“Heydər Əliyev Azərbaycan multikulturalizminin
siyasi banisidir” mövzusunda mühazirə
oxuyub. Mühazirədə
Şamaxı rayon icra
hakimiyyətinin başçısı
Asif Ağayev, Şamaxı rayon Təhsil
Şöbəsinin müdiri
Eyvaz Eminalıyev, Şamaxı rayon icra hakimiyyəti başçısının
ictimai-siyasi və humanitar məsələlər
üzrə müavini
Gülnisə Ələkbərova,
Mədəniyyət və
turizm şöbəsinin
müdiri Məleykə
Kamilova, Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi, Sabir
qəsəbə tam orta
məktəbinin direktoru
Gülnur Babaşova,
rayon məktəbliləri və
müəllimlər, yerli
ziyalıların nümayəndələri
iştirak ediblər.
Məktəbliləri yeni dərs ilinin başlanması münasibəti
ilə təbrik edən akademik K.Abdullayev bildirib ki, çoxmədəniyyətlilik
Azərbaycanın dövlət
siyasətində prioritet
istiqamətdir: “Multikulturalizmin
Azərbaycanda əsrlərdən
bəri formalaşan, eyni zamanda ictimai-bədii,
psixoloji-mənəvi müstəvidən
kənara çıxmayan
dəyərlər toplusudur.
Bu kimi xüsusiyyətlər
Azərbaycan ədəbi-bədii
düşüncə müstəvisində
həm tarixən, həm də bu gün kifayət
qədər görümlü
və təsiredicidir.
“Kitabi-Dədə Qorqud”
dastanından, şifahi
və yazılı ədəbiyyatımızdan keçən
bariz nümunələr
uzaq keçmişdən
bugünümüzədək multikultural ənənələrin
mövcudluğunu aşkar
şəkildə sübut
edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin
yerini müəyyən
etmək. Və bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək
uğurlu inkişafı
üçün dəqiq
ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.
Bu mərhələ siyasi mərhələ idi. Əslində, ulu öndər
Azərbaycan multikulturalizminin
siyasi banisi oldu.
“Azərbaycan əhalisinin
çoxmilli tərkibi
bizim sərvətimizdir,
üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” deyən
ulu öndər bütün sonrakı siyası fəaliyyətini
bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.
Azərbaycanın multikultural ənənələrinin
dövlət tərəfindən
qorunması işində
ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və göstərişi
ilə bu məsələnin hüquqi
sənədlərdə, o cümlədən,
Azərbaycan Respublikasının
Konstitusiyasında da əks olunub. Təbii olaraq,
ulu öndər etnik millətçiliyə
alternativ kimi bütövlükdə Azərbaycan
xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini
şərtləndirən və
multikulturalizmin əsas
mənəvi bazası
olan azərbaycançılıq
prinsipini milli ideologiya kimi irəli sürdü.
Azərbaycançılıq ideologiyası isə
dinindən, dilindən,
irqindən asılı
olmadan ölkədə
yaşayan bütün
vətəndaşları birləşdirir.
Bu gün Azərbaycanda
multikulturalizm sahəsində
bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi
proqramı uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa
verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi
işində Heydər
Əliyev Fondunun böyük xidmətləri
danılmazdır. Bu gün
Azərbaycan multikultural
ənənələrinin qorunub
saxlanması, təbliği
ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli,
möhtəşəm layihələr
həyata keçirir.
Bu layihələr Azərbaycan multikulturalizminin
bir ölkə çərçivəsində qapalı
inkişafını deyil, dünya çərçivəsində
dinlərin və mədəniyyətlərin müxtəliflikləri
rejimində fəaliyyət göstərməsini
reallaşdırır.
İnkişafda olan multikulturalizmin Azərbaycan təcrübəsinin
bütün dünyaya siyasi cəsarətlə nümayişi
ona gətirib çıxarıb ki, bu gün artıq Yer
kürəsinin hər yerində ədalətsevər insanlar
ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə
etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə
demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin
siyasi simasının əsas cizgilərindən birinə
çevrilib. Azərbaycan multikulturalizminin
siyasi banisinin arzularından biri də elə bu idi. Ulu
öndər deyirdi: “Azərbaycan onun ərazisində
yaşayan bütün millət və xalqların ümumi vətənidir.
Ərazimizdə yaşayan azərbaycanlı da,
ləzgi də, avar da, kürd də, talış da, udin də,
kumık da, başqası da - bütünlükdə
hamısı azərbaycanlıdır”. Bu sözlər bu
gün də son dərəcə əhəmiyyətlidir və
belə bir aydın siyasi həqiqəti
aktuallaşdırır: biz, yəni, Azərbaycanda yaşayan
bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı
olaraq dünya üçün maraq kəsb edə bilərik.
Biz ayrı-ayrılıqda heç kim
üçün maraqlı deyilik!”
Dövlət müşaviri Kamal Abdullayev mühazirəsini
diqqətlə dinləyən məktəbliləri
maraqlandıran sualları da ətraflı cavablandırıb,
şagirdlərə kitablar hədiyyə edib.
lll
Deyilənlərə, görünənlərə və yazılanlara sözardı: Gen, qan yaddaşımıza hopub əsrlərdir bizimlə yol yoldaşı olan elə ali dəyərlərimiz var ki, məhz doğuluşdan, fitrən bizimlə olduğuna görə fərqinə varmırıq. Fitrən qanında, ruhunda olanın fərqinə varmaq kənardan gələni hiss etməkdən çətin olur. Kənardan gələni həmişə görürsən, amma özündəkini həmişə yox... Azərbaycan multikulturalizmi bizim fitri dəyərimiz olduğundan xalqımız bunu özünün zəruri həqiqəti, adi həyat tərzi kimi qəbul edir. Amma ən vacibi kənardan sahib olduqlarınla yanaşı, özündəki dəyəri də yaxından tanımaq, mahiyyətinə varmaq, ona sevgiylə sarılmaq və həmişəlik sahib çıxmaqdır. Azərbaycan multikulturalizmi məhz belə bir dəyərdir. Bu dəyər əsrlərdir bizimlə yol yoldaşıdır, ömür-gün dostudur. Ancaq Ulu Öndər Heydər Əliyev bu çoxəsrlik dəyəri mənəvi qatdan siyasi müstəviyə qaldırmaqla Azərbaycan xalqının özündə hansı ali meyarları yaşatdığını bütün dünyaya nümayiş etdirmiş oldu. Məhz buna görə akademik Kamal Abdullayev daim çıxışlarında Heydər Əliyevin Azərbaycan multikulturalizminin siyasi banisi olduğunu vurğulayır. Müstəqilliyimizin yenidən bərpasından sonra respublikamız siyasi və mənəvi böhran yaşadığı zamanı Ümummilli Lider məhz Azərbaycan multikulturalizminə, tolerantlığına tutunmaqla, bu ali, təkrarsız milli dəyərimizə sahib çıxmaqla millət və dövlət olaraq güclənə biləcəyimizi, “imzalar içinə imza atacağımızı” bilirdi. Zaman dahi siyasətçinin haqlı olduğunu sübut etdi...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 19 sentyabr.- S.20.