Arşın mal alan filminin Hollivudda ilk premyerası olub

Hollivudda nümayiş olunub. Bu, filmin Hollivudda ilk premyerası kimi tarixə düşüb.Ekran əsəri Hollivudun ən qədim kinoteatrlarından olanRicardo Montalban” kinoteatrında təqdim edilib. Nümayişdə filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib. Təqdimatda Los-Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los-Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı iştirak edib.

525-ci qəzet.- 2015.- 22 sentyabr.- S.7.