"Nabat" filmi Los-Ancelesdə göstərilib

 

Nabatbədii filminin 26-cı “Palm Springs” beynəlxalq film festivalında (The 26th Annual Palm Springs International Film Festival) nümayişi baş tutub.

C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasından Publika.az-a bildirilib ki, festivalın “AWARD BUZZ” proqramında yer alan filmin təqdimatı Los-Anceles şəhərinin “Palm Springs Regal” kinoteatrında keçirilib.

Bu, artıq 12 beynəlxalq film festivalında yer alan filmimizin ABŞ-da ikinci nümayişidir.

Yanvarın 12-dək davam edəcək festivalda filmin növbəti nümayişi yanvarın 6-da “Palm Canyon Theatre” kinoteatrında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında 2014-cü ildə istehsal olunanNabatfilminin ssenari müəllifləri Elxan Nəbiyev Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov digərləri canlandırıblar.