Ənənəvi musiqi-folklor irsimiz: bərpa, təbliğat və inkişaf

 

"AZƏRBAYCANIN XALQ YARADICILIĞI PAYTAXTLARI" PROQRAMI UĞURLU NƏTİCƏLƏRLƏ YEKUNLAŞIB

 

Mədəniyyət Turizm Nazirliyi tərəfindən həyata keçirilən "2010-2014-cü illərdə Azərbaycan Xalq Yaradıcılığı Paytaxtları" Proqramı artıq başa çatıb. Proqram ötən beş il ərzində respublikamızın ayrı-ayrı bölgələrində konkret məqsəd tədbirlərlə həyata keçirilib. Əsas məqsədlərdən biri Azərbaycanın bölgələrində turizm potensialını aşkara çıxarmaq, regionlarda xarici turizmi, o cümlədən, turizmin aparıcı sahələrindən olan etnoturizmi inkişaf etdirməkdir. Daha bir önəmli məqsəd Azərbaycanın qeyri-maddi mədəniyyət irsinin ənənələrinin bərpası, qorunması, tanıdılması, təbliği, inkişafı gələcək nəsillərə ötürülməsidir.

 

Azərbaycan xalqının qədim, zəngin rəngarəng qeyri-maddi mədəniyyət irsinə daxildə beynəlxalq miqyasda maraq yaratmaq, onu layiq olduğu səviyyədə tanıtmaq təbliğ etmək, bölgələrdəki qeyri-maddi mədəniyyət subyektlərini aşkara çıxarmaq, onlara hərtərəfli fəaliyyət yaradıcılıq imkanları vermək, qeyri-maddi mədəni irs vahidlərinin dövlət reyestrini həyata keçirmək s. bu kimi yüksək məramlar Proqramın kompleks tədbirlər proqramında öz real əksini tapıb. Nazirliyin məlumatlarını nəzərə alsaq, Proqram vasitəsilə Azərbaycanın qeyri-maddi mədəniyyətinə dair siyasətdə yeni islahatlara dövlət proqramlarına start verilib.

 

Demokratik ölkələrin mədəniyyət siyasəti təcrübəsinə əsaslanan Proqram üç nominasiyada həyata keçirilib: folklor, xalq sənəti, diyarşünaslıq. Müvafiq olaraq, Proqrama aşağıdakı "paytaxt"lar daxil edilib: 1. Azərbaycanın Folklor Paytaxtı; 2. Azərbaycanın Sənətkarlıq Paytaxtı; 3. Azərbaycanın Əfsanələr Paytaxtı. Mədəniyyət Turizm Nazirliyi tərəfindən aşağıdakı rayonlar 2010-2014-cü illərdə üç nominasiya üzrə "Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları" elan olunub:

 

1. 2010-cu il: Qazax - Folklor paytaxtı; Şəki - Sənətkarlıq paytaxtı; Gəncə - Əfsanələr paytaxtı.  

 

2. 2011-ci il: Lənkəran - Folklor paytaxtı; İsmayıllı - Sənətkarlıq paytaxtı; Şabran - Əfsanələr paytaxtı.

 

3. 2012-ci il: Masallı - Folklor paytaxtı; Quba - Sənətkarlıq paytaxtı; Gədəbəy - Əfsanələr paytaxtı;

 

4. 2013-cü il. Zaqatala - Folklor paytaxtı; Göygöl - Sənətkarlıq paytaxtı; Xanlar - Əfsanələr paytaxtı.

 

5. 2014-cü il: Balakən - Folklor paytaxtı; Abşeron - Sənətkarlıq paytaxtı; Qəbələ - Əfsanələr paytaxtı.

 

Proqram çərçivəsində bu bölgələrdə ən müxtəlif tədbirlər - xalq yaradıcılığı, xalq musiqisi, xalq sənətkarlığı folklor irsi üzrə rayon, respublika beynəlxalq miqyaslı festivallar, konsertlər, meydan tamaşaları, baxış-müsabiqələr, infoturlar, elmi-praktik konfranslar, sərgilər, görüşlər, "dəyirmi masa"lar təşkil olunub. Bu tədbirlərdə rayonların folklor, bədii özfəaliyyət, xalq teatrı kollektivləri, xalq musiqiçiləri sənətkarları, yaradıcı ziyalılar yaxından iştirak ediblər. Proqramın uğurla həyata keçməsində müvafiq rayon şəhərlərdəki mədəniyyət turizm idarələrinin, mədəniyyət, diyarşünaslıq etnoqrafiya müəssisələrinin, mədəniyyət evləri klublarının, muzeylərin, ziyalıların yaradıcı şəxslərin, habelə, folklor, mədəniyyət, etnoqrafiya sahəsində təcrübəli mütəxəssislərin, AMEA tədqiqatçılarının fəal rolunu qeyd etmək vacibdir.   

 

Xüsusilə, bölgələrdəki folklor festivalları, konsertləri konfransları qeyri-maddi mədəniyyətin qədim tarixi qatlarını, mənəvi yaddaşı, musiqi-şeir-rəqs kompleksini, eyni zamanda milli özünüdərki təşkil edən folklor dəyərlərinin bərpasında, aşkar olunmasında həyata qaytarılmasında böyük əhəmiyyətə malikdirlər. Daha bir nəticə rayonlarda folklor bədii özfəaliyyət işinin fəallaşması, folklor ansambllarının müasir mədəniyyətdə roluna düzgün qiymət verilməsidir. O cümlədən, Masallı, Lənkəran, Zaqatala rayonlarında təşkil olunan beynəlxalq folklor festivalları, konsertləri konfransları müasir dövrdə Azərbaycanın zəngin folklor ölkəsi kimi tanınması xalqlararası mədəni əlaqələrin genişlənməsi istiqamətində böyük əhəmiyyət daşıyır. Bu tədbirlərin nəticəsi kimi Masallı, Lənkəran, Zaqatala Balakən rayonlarının folklor örnəkləri ayrı-ayrı toplularla nəşr olunub.

 

Nazirliyin beş il ərzində həyata keçirdiyi "Xalq Yaradıcılığı Paytaxtları"nın nəticələrindən biri budur ki, yerlərdə folklor vahidləri, musiqi-folklor janrları, ifaçılıq ənənələri qorunmasa, rayonlarda bədii özfəaliyyət ansamblları, onların konsertləri, festivalları, yerli folklora əsaslanan repertuarı təşkil olunmasa qeyri-maddi mədəniyyət irsinin layiqli təbliğindən inkişafından söhbət belə gedə bilməz.

 

Çoxsaylı tədbirlər göstərdi ki, respublikamızın bölgə folklorunun zənginliyi, hər bir rayonun özünəməxsus musiqi ənənələri folklor janrları, xalq musiqisi üzrə vokal instrumental ifaçılıq növləri, mərasimlər adətlər musiqişünaslara folklor mütəxəssislərinə regional tədqiqatlar üçün geniş imkanlar verirlər.

 

Mədəniyyət Turizm Nazirliyinin sözügedən Proqramı xalq mahnılarını, folklor rəqslərini, ifaçılıq ənənələrini, aşıq muğam sənətkarlığını, musiqi alətlərini öyrənən musiqişünaslara, folklor irsini araşdıran folklorşünas etnoqraflara, bu baxımdan yetərincə istiqamət verib, sahəvi ekspedisiya tədqiqatların aparılması üçün müasir dövrdə folklor materiallarının bol olması faktını yenidən gündəmə gətirib. Sadəcə, tədqiqatçıların tədbirlərə qatılması, fəal iştirakı, müşahidələr aparması çox lazım idi. Təkcə AMEA Folklor İnstitutunun iştirakı ilə xalq yaradıcılığına sistemli kompleks yanaşılması tam elmi həllini tapa bilməz. Bununla belə, institut əməkdaşlarının tədbirlərdə fəal iştirakı, konfransları təşkil etməsi, maraqlı məsələləri müzakirəyə çıxarması, öz növbəsində nazirliyin folklor tədqiqatçıları ilə məqsədyönlü birliyi bu Proqramın nəticələrinə müsbət təsir göstərib.

 

Lakin AMEA-nın qədim orta əsrlər ədəbiyyatı, etnologiya mütəxəssislərinin, Memarlıq İncəsənət İnstitutunun xalq musiqi muğam üzrə əməkdaşlarının, Bəstəkarlar İttifaqının üzvü olan bəstəkar musiqişünasların, Bakı Musiqi Akademiyasının etnomusiqişünas mütəxəssislərinin, Milli Konservatoriya ilə ADMİU musiqişünaslarının da bu tədbirlərdə məhz elmi maraqlarla iştirakı, şübhəsiz ümumi işin xeyrinə olar, nəticələri daha hərtərəfli faydalı edə bilərdi. Elə Mədəniyyət Turizm Nazirliyində çalışan ali musiqi təhsilli kadrların bu Proqramın xalq musiqisi yönümündəki tədbirlərinə, rayonların folklor kollektivlərinin repertuarına, yerlərdə bədii özfəaliyyət kollektivlərinin yaradılmasına, regionlarda xalq sənətkarlarının ifasının yazıya alınmasına, xalq musiqisindən ibarət audio-not bukletlərinin hazırlanmasına cəlb olunması da müsbət nəticələrin kəmiyyət keyfiyyətinə təsirsiz ötüşməzdi.

 

(Ardı var)

 

Ariz ABDULƏLİYEV

Bakı Musiqi Akademiyasının dosenti, böyük elmi işçi

525-ci qəzet.- 2015.- 8 yanvar.- S.6.