Daşkənd mediası Zeynəb Xanlarovadan yazıb

 

Daşkənddəki kultura.uz saytında böyük sənətkarımız, Xalq artisti Zeynəb Xanlarova haqqında geniş material verilib.

 

Azərbaycanın Özbəkistandakı səfirliyi səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yazılan məqalənin əvvəlində deyilir ki, Azərbaycanın, Özbəkistanın keçmiş SSRİ-nin Xalq artisti Zeynəb Xanlarovanı dünyanın bir çox ölkələrində alqışlayıblar bu Azərbaycan musiqisinin uğurudur.

 

Onun möhtəşəm konsertləri, cazibəli səsi, səhnə mədəniyyəti Özbəkistanda hələ yaddaşlarda qalır.

 

Yazıda Zeynəb Xanlarovanın yeniyetməlik gənclik illərindən, mahnı yaradıcılığından söz açılır.

 

Vurğulanır ki, yaradıcılığında muğam xalq mahnıları əsas yer tutan sənətkar bəstəkar mahnılarına da müraciət edib.

 

Zeynəb Xanlarovanın opera yaradıcılığı barədə məlumat verən müəllif yazır ki, o, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Leyli Məcnun", "Əsli Kərəm", Müslüm Maqomayevin "Şah İsmayıl", Şəfiqə Axundovanın "Gəlin qayası" digər operalarda baş rollarda oynayıb.

 

Qeyd olunur ki, müğənni Tofiq Quliyev, Arif Məlikov, Fikrət Əmirov, Qara Qarayev, Emin Sabitoğlu, Ələkbər Tağıyev digər bəstəkarların mahnılarını məharətlə ifa edib.

 

525-ci qəzet.- 2015.- 9 yanvar.- S.7.