DEYƏSƏN TƏZƏDƏN UŞAQ OLMUŞAM

 

 

Çəkilir tarıma, çəkir tarıma,

 

Ha yalvar, ha yaxar,sözümə baxmır.

 

Qalxanda bir yolun ucuna belə,

 

Qalıram uçunauçuna belə,

 

Daha gücüm çatmır ayaqlarıma,

 

Döndərib üzünü, üzümə baxmır.

 

Hardasan, ay ana, gəl tut əlimdən,

 

Ustufca ora çək,bura çək, öyrət,

 

Gəl mənə təzədən yerimək öyrət,

 

Bu yaşda deyəsən uşaq olmuşam.

 

 

Vururdum, çıxırdım, bölə bilirdim,

 

var qədərincə, artıq, kəm.

 

Olanlarolmuşlar xəyaldı daha,

 

Başıma gəlməmiş qaldı daha, –

 

Hər şeyi bilirəm elə bilirdim,

 

İndi baxıram ki, heç bilmirəm.

 

Yoxsa mən gərək,

 

Təzədən əlifba öyrənəm gərək?!...

 

 

Heç nədən hazırdı gözümdə nəm ha,

 

Bir görərsən ki, dolmuşam nəsə.

 

Qəfil küsərəm ha, inciyərəm ha,

 

Yaman dəymədüşər olmuşam nəsə.

 

Özüm bilmirəm bu işdi ki!

 

Məni yetmişində kim dəyişdi ki,

 

dəyişdi ki?!...

 

 

Yatmır qulağıma çox səs düyünü,

 

Yoxsa söz yad olur, yoxsa mən kürəm?

 

Adam var danışır,nə dediyini

 

Eşidə bilsəm , başa düşmürəm.

 

Lüzumlu-lüzumsuz sözlər yaranır,

 

Kəlmələr çeynənir, sözlər yalanır,

 

Di gəl mənə çatmır,

 

Dilimə yatmır...

 

 

Gedir dəyişmələr üzdə, dərində,

 

Boyanır şəhərlər, seçə bilmirəm,

 

Yanından biganə keçə bilmirəm:

 

Bəzəkdi, ya qara-quradı belə?

 

Qalıram Bakının küçələrində,

 

Ay Allah, buralar haradı belə?!...

 

Atalı-babalı dəyərlər itir,

 

Özgəyə uyanlar bir az da ötkəm,

 

Çox şey oyuncağa çevrilir nədir,

 

Ya mən gördüyümü belə görürəm?!...

 

 

Bunun ayna tutdum axı nəyinə,

 

Bəlkə eləbelə gözəldi, bəlkə?

 

Ay olur- il olur güc alır insan

 

Ay oluril olur qocalır insan,

 

Qayıdır təzədən körpəliyinə,

 

Elə o axır da əzəldi bəlkə?!

 

 

...Vədə o vədədir,

 

Vaxt o vaxt deyil,

 

Gördünmü, di buyur hesabını seç.

 

O qələm, o kağız oyuncaq deyil,

 

Oynadın bir belə, bəs olmadımı?

 

Ay uşaq, ay lələ, bəs olmadımı?

 

Çayın da soyudu,

 

Ta çayını .

 

 

O KÜLƏK...

 

 

Səni , məni tutan elə bir

 

küləkdir, deyəsən...”

 

Bir məktubdan

 

 

Daha özümüz özümüzə yük,

 

Enişləryoxuşlar yorur bizi .

 

Baxma ki hərəmiz bir dərədəyik,

 

Sən orda, mən burda,

 

Bu vurhavurda

 

Eyni külək tutur ikimizi .

 

 

Dağ kimi tifaqlar dağılıb gedir

 

Bəndibərəni qoparır külək.

 

Bir keçən, keçilən kimsə qalmadı,

 

Sayılıbseçilən kimsə qalmadı,

 

Çörçöp qurusutək yığılıb gedir,

 

Qatıb qabağına aparır külək.

 

 

Deyirsən gendə dur, axı gərək...

 

Bu qədər çoxluqda biz hələ tək ki.

 

Qabağa çıxanı tutacaq külək,

 

Daldada durana dəyməyəcək ki!

 

 

Yox, canım, əzəldən  o sirr bizimlə,

 

Düşünmə əyilsən yandan keçəcək.

 

Bizə dəyən külək gəzir bizimlə,

 

Kimin ki yurdu yox, yuvası yoxdur,

 

Dərmanı Vətən yox, davası yoxdur,

 

Kim ki didərgindir, ondan keçəcək.

 

 

O külək, fərq etməz ha küs, ha deyin,

 

Böyründən biganə ötəndən əsir,

 

İyirmi il əvvəl atıb getdiyin

 

Əlçatmaz, ünyetməz Vətəndən əsir,

 

Həsrət küləyidir, möhnət küləyi,

 

Töhmət küləyi!...

 

 

Özüylə min bəla, min dərd gətirər,

 

Hardan havalansa bizə tuş gələr.

 

Bir bomboz məmurun üzündən keçib,

 

Biganə, miyanə sözündən keçib

 

Bülövə çəkilər, kəsər götürər,

 

Hazır xəncər kimi sıyrılmış gələr.

 

 

Onda hər aşırım bir sərt dağ olur,

 

Baş şişir, böyüyür göz görəgörə.

 

Ömürgün bir ucuz oyuncaq olur,

 

Qəfildən qırılıb dağılır yerə...

 

 

Vədəlivədəsiz üzülür dəndən,

 

Axşamı belədir, sabahı belə.

 

Eşidibbilən soruşmur görən

 

Nədir üzülənin günahı belə?

 

 

....Ulayır o ac qurd, yenə səbri kəm,

 

Dərələrtəpələr səs verir səsə.

 

Qarğışdı, qədərdi, nədi, bilmirəm,

 

Əsir, əsir elə,

 

Tələsir elə,

 

doyubdolanana oxşamır nəsə.

 

 

DEYƏSƏN AĞ ELƏDİM

 

 

Ta mən əlləri göydə,

 

Sən deyənlər düz oldu.

 

Ha neyləsəm hədərmiş,

 

Hər şey bura qədərmiş,

 

Daha dənim torpaqsız,

 

Torpağım dənsiz oldu.

 

axtarır bu bəndə?

 

səndədir, məndə.

 

Sıxılmışıq bir yola,

 

Kim yeriyə, kim qala,

 

Özüm burda, vətəndə,

 

Ruhum vətənsiz oldu.

 

 

Dərəni dağ elədim,

 

Deyəsən elədim,

 

Kəsib pöhrə ömrümü,

 

Sözə calaq elədim,

 

Sözüm özüm kimi

 

Yöndəmsiz-yönsüz oldu.

 

 

BU DAĞ UCALIĞI

 

 

Çox bələd əllərdə çıraq olmuşam,

 

Çox naşı dillərdə soraq olmuşam,

 

Dağdan ayrı düşüb dağdağ olmuşam,

 

Qoy məni bu dağın başında, qayıt.

 

 

Olsa belə son mənzilim,azdımı?

 

Gör adımı bir küncünə yazdımı?

 

Qışqarıyam, payızbarı, yaztumu,

 

Qoy məni bu dağın başında, qayıt.

 

 

O cığırın bir başı da mən olum,

 

Gələn gəlsin, yoldaşı da mən olum.

 

Bir qayası, bir daşı da mən olum,

 

Qoy məni bu dağın başında, qayıt.

 

 

Yağış olub buludbulud süzülləm,

 

Çəmən olub çiçəkçiçək üzülləm,

 

Yerdən göyə pilləpillə düzülləm,

 

Qoy məni bu dağın başında, qayıt.

 

 

Ömür dediyimiz bir arx, bir axın,

 

Axına arx üstdən, kənardan baxın,

 

Bu dağ ucalığı Allaha yaxın

 

Qoy məni bu dağın başında, qayıt.

 

 

MƏN BİR...

 

 

Beşdim, ondum, qurtardım,

 

Hər oldum, qurtardım,

 

Ömrümü sünbül kimi

 

Ovdumovdum, qurtardım,

 

Ta mən bir yuxu de ki.

 

 

Sözüm yenmir dərinə,

 

Utanıram yerinə,

 

Ya hardansa qırılıb,

 

Ya da ki kəndirinə

 

Dolaşıb çarxı de ki.

 

 

Vaxt vədəni haxladı,

 

Zamanı qabaqladı,

 

Mən bir örtülü kitab,

 

Kim yazdı, kim bağladı,

 

Bir , bir oxu de ki...

 

 

BİR AZ ÖZÜNƏ GƏL...

 

 

Girinə keçəni çəkir,aparır,

 

Uçurur, dağıdır, sökür,aparır,

 

Eninə-boyuna sığmır nədisə,

 

Qalxıb boyundan da yuxarı gedir.

 

Əlini-qolunu yığmır nədisə,

 

Götürüb axarı-baxarı gedir.

 

 

Keçidlər,körpülər qalır arada,

 

Boğulur elə bil hər yan-hər yörə.

 

Yüz ilin,min ilin ağacları da

 

Dayana bilmir,

 

Dirəsin dizini hayana,bilmir,

 

Qopub kötüyündən yıxılır Kürə.

 

Axırdı təmkinlə,bükülü belə,

 

Kim axı cırnatdı bu Kürü belə?

 

Yerindən oynatdı bu Kürü belə?!

 

 

İllərin haqqını-sayını dandı,

 

Dözmədi axır ki,dindi,eləmi?

 

Yandıran da çoxdur,

 

Yan  duran da çox,

 

Od olmaq bəlkə mümkün olandı,

 

Su olmaq çətindir indi,eləmi?!...

 

 

Deşib sal qayanı çıxmaq da olar,

 

O bir dərd deyil,

 

Gecəli-gündüzlü axmaq da olar,

 

O da şərt deyil,

 

Üstünə zəhər tökülsə gərək,

 

Yolun hardan keçsə,çəkilsə gərək,

 

Gərək- adın sudur,təmizləyəsən,

 

Dərd budur,şərt budur,təmizləyəsən!

 

 

Gör bir görüntüsü,görkü boyda,

 

Araya,haraya kim gələr axı.

 

Ayların-illərin çirki boyda,

 

Qınamayın çayı,

 

Həyatı boyu

 

Yusun,təmizləsin təhər axı!

 

 

Çox artıq olanı aparan odur,

 

var ki,kənardan baxıb gedəsən.

 

Hərə bir tərəfdən ayaq uzadır,

 

Qoyurlar başını salıb aşağı

 

Yolunla dinməzcə çıxıb gedəsən?

 

 

Canını çöküntü alır bir ucdan,

 

Çox da ki,yanında lil çəkəni var,

 

Yığılır bir ucdan,dolur bir ucdan,

 

Yazıq Kür neyləsin,

 

Dözmür,neyləsin,

 

qədər çirki var,çiləkəni var.

 

 

Qan tutub gözünü göz görə-görə,

 

Di gəl ki,cəhdi hədərmiş, görür.

 

Yüyürüb  özünü salır Xəzərə,

 

Xəzər özündən betərmiş görür...

 

 

Bir yerin yüz yerdən bağrını yardın,

 

Hər kəsə dərs oldu,yetər bəlkə

 

bir  belə,Kürüm.

 

Məni özünə qoşub apardın,

 

Bir təmiz,işıqlı sabah xətrinə,

 

Allah xətrinə

 

Bir az əlini yığ, ətəyini yığ,

 

Bir az özünə gəl,səbr elə,Kürüm..

 

 

HƏR GƏLƏN GÜN

 

 

Baxma qabağıma çıxan Nahaqdı,

 

Mən Haqq axtarıram, mən Haqq gəzirəm.

 

Geyib ayağıma dəmir çarığı,

 

Götürüb əlimə çıraq gəzirəm.

 

 

Ta soruşma, bu qaya, daşdı,

 

Silkələnib dərə doldu, dağ aşdı,

 

Hər gələn gün dolu döymüş ağacdı,

 

Mən budağında yarpaq gəzirəm.

 

 

Ruh ki sözdü, ürək sözdü, damar söz,

 

Damcı-damcı yığılar söz, damar söz,

 

Bir zamanlar tapılmazdı, ta var söz,

 

Yazan əl gəzirəm, barmaq gəzirəm.

 

 

Yuvası yox, havası yox bir quşam,

 

Vətən adlı qürbətimə hopmuşam.

 

Üstündə durmağa yer var, tapmışam,

 

Altında yatmağa torpaq gəzirəm.

 

 

Bərdə

Xasay Mehdizadə

525-ci qəzet.- 2015.- 10 yanvar.- S.29.