“Mən yenə dönəcəm Azərbaycana!”

 

XƏLİL RZA ULUTÜRKÜN ƏSƏRLƏRİ “XALQ ƏMANƏTİ” KİMİ TƏQDİM OLUNDU

 

Dünyanın aparıcı bank şirkətlərinin sponsorluğu dəstəyi ilə genişmiqyaslı mədəni proqramlar çərçivəsində filmlər çəkilir, konsert sərgilər təşkil edilir, kitablar nəşr olunur. Bu baxımdan, Xalq Bank Azərbaycanda uğurlu iqtisadi fəaliyyəti ilə yanaşı, xalqın bankı adını tamamilə doğruldaraq təsdiqləyərək, həm milli mədəniyyətin inkişafını dəstəkləyən beynəlxalq səviyyədə təqdim edən dəyərli fəaliyyəti ilə seçilir. Bu isə azərbaycanlı şairlərin şeir toplularının, görkəmli rəssamların rəsm albomlarının nəşrini həyata keçirən, onların əl işlərindən ibarət sərgilər təşkil edən Xalq BankınXalq Əmanətiadlı unikal xeyriyyə layihəsi sayəsində baş tutur. Xalq Əmanətikimi buraxılan gözəl nəşrlər sənətsevərlərə təmənnasız təqdim edilir. Nəfis tərtibatı, yüksək keyfiyyətli poliqrafiyasına görə fərqlənən rəsm albomları poeziya topluları ali təhsil müəssisələrinə, uşaq evlərinə kitabxanalara bağışlanır, fondlara, dövlət orqanlarına, Azərbaycandakı xarici ölkə nümayəndəliklərinə, səfirlik konsulluqlara, ölkəmizin mədəniyyətini sevənlərə təqdim olunur.

 

Xalq Əmanəti”nin budəfəkisayca 11-ci nəşri Azərbaycan milli ədəbi-fəlsəfi fikir tarixinə təkcə şair kimi yox, həm alim, tərcüməçi, publisist salnaməçi kimi daxil olmuş, müstəqilliyimizin odlu-alovlu müjdəçisi kimi məşhurlaşmış görkəmli şair Xəlil Rza Ulutürkə həsr edilib.

 

2014-cü ilin son günlərindən birində, şairin həyatının müxtəlif dövrlərini əks etdirən möhtəşəm ekspozisiyanın qurulduğu Xalq Bankın əsas ofisində Xəlil Rza UlutürkünDünənəm! Bugünəm! Gələcəyəm mən!” şeirlər kitabının təqdimat mərasimi keçirildi.

 

Azərbaycanın yorulmaz azadlıq mücahidinin xatirəsini yad etmək onun coşqun poeziya mübarizə dünyasına yenidən qonaq olmaq üçün tədbirə elm incəsənət xadimləri, deputatlar ictimai xadimlər, işgüzar dairələrin nümayəndələri qatılmışdılar. Qonaqlar böyük sevinc həyəcan içində unudulmaz şair haqqında xatirələrini bölüşdülər. Cəsur vətəndaş vətənpərvər şairin öz uca səsinin müşayiəti ilə film nümayiş etdirildi.

 

Mərasimi Milli Məclisin deputatı, görkəmli alim Nizami Cəfərov açaraq Xalq Bankın həyata keçirdiyiXalq Əmanətilayihəsinin əhəmiyyətini vurğuladı. N.Cəfərov Xalq Bankın bu layihəsinin dövlətin mədəniyyət sahəsində, mənəvi irsin təbliği yönündəki uğurlu siyasətinin təzahürü davamı olduğunu, “Xalq Əmanətisayəsində milli mədəni dəyərlərin həssaslıqla qorunduğunu təbliğ edildiyini bildirdi: “Bütün əvvəlki nəşrlər kimi indi təqdim olunan şeir toplusu da nəfis tərtibatı yüksək keyfiyyəti ilə seçilir, müasir tələblərə cavab verən, böyük sevgi peşəkarlıqla ərsəyə gətirilən yaradıcılıq işi kimi diqqəti çəkir. Burada, sözsüz ki, Xalq Bankın milli mənəvi irsə diqqətli məsuliyyətli yanaşması özünü göstərir”.

 

N.Cəfərov qeyd etdi ki, çılğın, qaynar təbiətli sənətkar olan Xəlil Rza Ulutürk ilk növbədə Səməd Vurğun məktəbinin layiqli davamçısı, öz dövrünün ədəbi tendensiyalarının ifadəçisi idi: “Xəlil Rza vətəndaş mövqeyində güzəştə getməməyi, prinsipiallığı, əqidəcə barışmazlığı ilə bir çox qələm yoldaşlarından fərqlənirdi, o, mübariz idi, inqilabi ruh onun canında, qanında idi. Özünüqoruma instinkti elə bil ona yad idi, buna görə onun həbsi gözlənilən olsa da, iradəsi sarsılmadı, mübarizəsi qaranlıq həbsxana divarları arasında da bitmədi. Xəlil Rza təmizliyi uğrunda açıq mübarizə apardığı Azərbaycan dilinin mühüm hadisəsi idi. O, dünya ədəbiyyatının xeyli şedevrini Azərbaycan oxucusuna təqdim edən tərcüməçi kimi məşhurdur. Xəlil Rza Ulutürk yaradıcılığında özündən əvvəlki milli ədəbiyyatı uğurla əks təcəssüm etdirirdi, məhz buna görə o özünü türk dünyasının bir parçası kimi görürdü. Ümummilli liderimiz Heydər Əliyev Xəlil Rza Ulutürkün yaradıcılığını yüksək qiymətləndirirdi, çünki yaxşı bilirdi ki, o, milli ruhun fəal daşıyıcısı ifadəçisidir. Ulu öndərimiz buna görə hələ Sovet rejimi dövründə cəsarətini, epik miqyaslı, milli ruhlu siyasi lirikasını yüksək qiymətləndirdiyi Xəlil Rzanı himayə altına almış, onu qayğıyla əhatə etmişdi. Şair özü etiraf edirdi ki, onun həyatının ən yaxşı dövrü Sovet ideologiyasına son qoyulanda, Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti seçiləndə başlanıb”.

 

Akademik N.Cəfərov dedi ki, daha bir böyük Azərbaycan şairinin kitabını nəşr təqdim edən Xalq Bank bununla həm öz əzərini yaradıb, bu əsər rəhbərliyin bir araya topladığı mütəxəssislərdən ibarət səmimi bir komandanın əməyinin nəticəsidir: “Xalq Bank özününXalq Əmanətilayihəsini reallaşdırmaqla xalqımızın mənəvi sərvətinin etibarlı qoruyucusu kimi çıxış edir. Bu isə olduqca şərəfli müqəddəs missiyadır”.

 

Təqdimat mərasimində AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış etdi: “Bugünkü tədbir ədəbiyyatımızın mənəviyyatımızın bayramıdır, görkəmli şair inqilabi ruhlu sənətkarın anım günüdür, onun ölməz əsərlərinin növbəti təqdimatıdır. Xəlil Rza öz xalqına sadiq dost, düşmənlərinə amansız barışmaz olan mərd şair idi. O, həyatını xalqına həsr etmiş böyük şair olmaqla yanaşı, milləti uğrunda ən qiymətli nemətlər olan azadlığını, oğlunu canını qurban vermiş fəal ictimai xadim kimi çox çətinliklərə sinə gərdi... yaxşı ki, şəninə nəğmələr oxuduğu mübarizə apardığı Vətənin müstəqilliyini görmək ona nəsib oldu! Dünyada Azərbaycanın düşmənləri yaşadıqca, Azərbaycana ikili standartlarla yanaşıldıqca Xəlil Rza ideyaları yaradıcılığı müasir olacaq aktual olacaq. Xalq Əmanətikimi nəşr olunan bu nəfis tərtibatlı şeirlər kitabında Xəlil Rza gözlərimiz önündə bizim böyük müasirimiz, klassik şairimiz Azərbaycanın işıqlı gələcəyi üçün çalışan mübariz insan kimi canlanır”.

 

Xalq şairi Zəlimxan Yaqub çıxışında vurğuladı ki, Xəlil Rzanın adı ədəbiyyat tariximizdə Azərbaycan xalqının XX əsrin ikinci yarısındakı milli azadlıq mübarizəsinin tarixində əbədi qalacaq: “Onun möhtəşəm şeirləri, mükəmməl tərcümələri Azərbaycan ədəbi-bədii dilinin misilsiz örnəkləri, parlaq sənətkarlıq nümunələridir. Xəlil Rza haqqında danışanda ilk növbədə onun alışıb yanan gözlərini həyəcanlı səsini xatırlayırıq, ancaq Ulutürk deyəndə damarlarımızda qan qaynayır, biz özümüzü ulu türklərin, ölümün üzünə cəsarətlə ləyaqətlə baxan qorxmaz ərlərin davamçısı kimi hiss edirik”.

 

Xəlil Rza Ulutürk irsinin fəal araşdırıcısı, yeni nəşrin rəyçisi professor Əlizadə Əsgərlinin fikrincə, Xəlil Rzanın alovlu poeziyası qüdrətli şəxsiyyəti təkcə milli deyil, həm ümumbəşəri məna mahiyyət kəsb edir. Tədqiqatçı bildirdi ki, “Xalq Əmanətisilsiləsindən hazırlanan bu nəşr Xəlil Rza irsinə, poeziyasevərlərə, milli ruhlu insanlara bütövlükdə Azərbaycan xalqına misilsiz töhfədir.

 

Nəşrin tərtibçisi redaktoru, tanınmış telejurnalist Yusif Günaydın toplunu tərtib edərkənyaxşıların yaxşısıprinsipini əldə rəhbər tutduğunu vurğuladı. O, fikrini Xəlil Rza Ulutürkün son dərəcə məhsuldar yaradıcı insan olması, saysız-hesabsız dəyərli əsərlər yaratması ilə əsaslandırdı.

 

Görkəmli bəstəkar Aydın Əzimov da X.R.Ulutürk haqda fikirlərini bölüşdü: “Xəlil Rzanın vətənə məhəbbəti o qədər hərtərəfli miqyaslı idi ki, bu sevgi istənilən söhbətdə özünü göstərirdi. O, xalqına, vətəninə münasibətdə şamın dövrəsindəki pərvanə ömrü yaşayırdı, qəlbi sonsuz məhəbbətlə döyünürdü”.

 

Xalq şairinin fədakar ömür yoldaşı Firəngiz xanım Ulutürk ölkə rəhbərliyinə son 20 ildə Xəlil Rzanın irsinə göstərilən böyük diqqət qayğıya görə minnətdarlığını ifadə etdi. Firəngiz xanım milli mənəvi irsi qoruyub təbliğ etdikləri, xüsusən Xəlil Rza Ulutürk yaradıcılığına böyük dəyər verdikləri üçün Xalq Bankın rəhbərliyinə, “Xalq Əmanətilayihəsinin yaradıcı kollektivinə təşəkkürünü bildirdi.

 

Afət İSLAM

525-ci qəzet.- 2015.- 10 yanvar.- S.17.