"Həyatda amalsız, məqsədsiz yaşamaq qeyri-mümkündür"

 

ƏFLATUN NEMƏTZADƏ: "YUBİLEYİMDƏ DƏ ÖZ TORPAĞIMA, VƏTƏNİMƏ TƏŞƏKKÜR ETDİM, ÇÜNKİ MƏNİ BU TORPAQ YETİŞDİRİB"

Bu il Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadənin anadan olmasının 70, yaradıcılıq fəaliyyətinin 50 ili tamam olur. Keçmiş sovetlər dövründə Azərbaycanda, eləcə Rusiyanın Sankt-Peterburq, Moskva, Özbəkistanın Karşi, Qazaxıstanın Almaata, Qırğızıstanın Bişkek, Tatarıstanın Kazan şəhərlərində tamaşalar səhnələşdirən həmyerlimiz Yəməndə milli operanın qurucusudur. Rejissorluq sahəsində əldə etdiyi nailiyyətlərlə türk xalqlarının mədəni irisinin inkişafına töhfələr verib. Türkdilli ölkələrin opera sənətçilərinin iştirakı ilə "Ağrı Dağı", "Koroğlu", "Alpamış", "Birjan Sara" kimi beynəlxalq layihələrə imza atıb. Hazırda Türkiyədə yaşayan soydaşımızla bu günlərdə Bakıda görüşdük.

 

- Əflatun müəllim, bu günlərdə yaradıcılığınızın 50 illiyi 70 illik yubileyiniz TÜRKSOY tərəfindən təntənəli şəkildə qeyd olundu. 50 illik fəaliyyət, sizcə, bir göz qırpımında keçdi, yoxsa uzun, keşməkeşli bir yol oldu?

 

- Yubileyimin TÜRKSOY tərəfindən qeyd olunması çoxillik fəaliyyətimə verilən qiymət olaraq mənim üçün çox sevindirici hadisə idi. Həmin tədbirdə Azərbaycan Türkiyənin dövlət rəsmiləri, türkdilli ölkələrin elm mədəniyyət xadimləri, Ankaradakı diplomatik korpusun təmsilçiləri, sənətsevərlər müxtəlif Dərnək Vəqflərinin üzvləri iştirak edirdi. Mərasimdə Türkiyə parlamentinin sədri Cəmil Çiçək, Ankara valisi Mehmet Qılınclar Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevin təbrik məktubları oxundu. Mən bu təbriklərdən çox təsirləndim. Tədbirdə türkdilli ölkələrin mədəniyyət incəsənət xadimləri tərəfindən geniş konsert proqramı təqdim olundu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, görkəmli qazax bəstəkarı Mukan Tölebayevin əsərlərindən nümunələr səsləndi. Mənim üçün önəmli hadisələrdən biri Türk Dünyasına Yüksək Xidmətlərim üçün "Üstün Qızıl Medal"ına layiq görülməm eyni zamanda Türk Dünyasındaki səmərəli fəaliyyətimə görə TÜRKSOY-un 20-ci İli yubiley medalı ilə təltif edilməyim oldu. Yubiley tədbirinin sonunda mənə söz verildi. Bir anlıq düşündüm ki, bu 50 il tez keçdi. Deməli, insan öz yolunu əvvəlcədən müəyyən edirsə, özünü orada tapırsa o yola doğru gedirsə, etdikləri ona sadəcə xoşbəxtlik verir. Həyatda amalsız, məqsədsiz yaşamaq qeyri-mümkündür.

 

- Necə oldu ki, məhz incəsənət sahəsini seçdiniz? Sizi bu sahəyə gətirən, sevdirən hansı amillər idi?

 

- Əslən Cənubi Azərbaycandan, Ərdəbil şəhərindənik. Babam Mirzə Mütəllim həkim olub Lənkəran xanının ailəsini müalicə etmək üçün oraya dəvət olunub. Sonra da xan ona təklif edib ki, orada yaşasın beləliklə, ailə burada qalır. Bizim nəslimizin əksəriyyəti həkimdir. Mən isə artıq orta məktəbin 7-ci sinfində oxuyarkən həvəskar aktyor kimi səhnəyə çıxmışdım. Məncə, sənət böyük bir çaya bənzəyir. Bəzən insana elə gəlir ki, bu böyük çay ağır, sakit axır. Lakin bu belə deyil, əslində kənardan görünən sakitliyin içərisində dalğalar bir-birinə dəyir. Orta məktəbi bitirib Sumqayıtda tornaçı işlədim, sonra Bakıda Teatr İnstitutunun Musiqili Komediya fakültəsinə daxil oldum. Adil İsgəndərov Sultan Dadaşov məndən imtahan götürdü.

 

Artıq üçüncü kursda Musiqili Komediya Teatrında aktyor kimi işləməyə başladım. Müxtəlif rollar ifa edirdim.

 

Sonra Bəşir Səfəroğlu məni sevdi özünə dublyor seçdi. O, xəstələnəndə mən "Milyonçunun dilənçi oğlu"nda polis rəisi rolunu oynayırdım. Hətta vaxt tapıb məqalələr, hekayələr yazırdım. Sonra həyat elə gətirdi ki, tanınmış teatrşünas Cəfər Cəfərov məni özünə aspirant götürdü. Turan Cavid isə məni Teatr Muzeyinə işə dəvət etdi. İki il muzeydə işlədim, amma gördüm ki, səhnə məni özünə çəkir. Sonra Sankt-Peterburq Konservatoriyanın Rejissorluq fakültəsinə daxil oldum. Beləliklə, o çay məni qoynuna alıb apardı.

 

O zaman iqtisadi çətinliklərim də var idi və peşə məktəblərindən birində özfəaliyyət dərnəyinin rəhbəri oldum. Sonra Popov adına "Yer altı Geni" Harbi Məktəbində Özfəaliyyət Kollektivin rəhbəri işlədim. Üçüncü kursda artıq Mariinski Teatrında rejissor assistenti kimi çalışırdım. Konservatoriyadan sonra məni Sverdlovsk (indiki Yekaterinburq) şəhərinə təyinatla rejissor göndərdilər. Orada işlədiyim müddətdə "Karmen" operasını hazırladım. Sonra məktub gəldi ki, Heydər Əliyevin təlimatı ilə sizi Azərbaycana işə çağırırıq və mən də gəldim. O vaxt mədəniyyət naziri Zakir Bağırov idi. Mənə üç tamaşa təklif etdilər.

 

Onların içərisində məni ən çox cəlb edən Aleksandr Borodinin "Knyaz İqor" operası oldu. Bu bəxtsiz operadır, çünki proloqunu itiriblər və finalı da yoxdur. Sankt-Peterburq Konservatoriyasının kitabxanasında Borodinin əl yazısını tapdım. Tamaşanın ikinci hissəsində türklərin gücü göstərilir və bu, rusların xoşuna gəlmədiyinə görə heç bir Sovet opera teatrlarında göstərilmirdi. Böyük Teatrın direktoru Luşinbaş rejissoru, müəllimim Boris Pokrovski, Druskin, Keldış, A. N. Soxar, Sergeyev, A. N. Dmitriyev məni dəstəklədilər və Qara Qarayevə məktub yazdılar. Sonra Qarayev məni Konservatoriyadakı otağına dəvət etdiona hər şeyi ətraflı anlatdım. Q.Qarayev mənə dedi ki, SSRİ-də "Knyaz İqor"u ilk bəstəkarın yazdığı orijinal formasını ilk dəfə sən tamaşaya qoyursan və sənə kömək edəcəyəm. Beləliklə, Rauf Abdullayevlə birlikdə əsəri səhnəyə qoyduq.

 

- Sonradan fəaliyyətinizi Moskvada Böyük Teatrda davam etdirdiniz. Bunun ardınca isə Yəməndə milli teatr qurmaq kimi çətin bir missiya da sizin öhdənizə verildi. O günləri necə xatırlayırsınız?

 

- Bir işlə əlaqədar Moskvaya getmişdimo zaman gördüm ki, Böyük Teatrda müsabiqə elan olunub. On dörd namizəd vardı, buna baxmayaraq, mən müsabiqədən keçdimişimi orada davam etdirdim. Hətta Böyük Teatrda "Sevil" operasını qısaldaraq bir pərdədə tamaşaya qoymama icazə verdilər və Fikrət Əmirovu da dəvət etdim. Bir gün işə gələndə mənə dedilər ki, Heydər Əliyev səni dövlət lojasında gözləyir.

O, teatrın proqramına baxıb, adım diqqətini cəlb edib və çağırıb. Gördüm ki, ulu öndər SSRİ-nin mədəniyyət naziri Demiçovla əyləşib. Heydər Əliyev mənə dedi ki, səni Sverdlovskdan Bakıya çağırdıq və , ev verdik, bəs nə üçün qalmadın. Cavabımda dedim ki, Böyük Teatra müsabiqə yolu ilə daxil olmuşam, burada işləmək səadətdir. Böyük arzum idi. Ulu Öndər buna çox sevindi.... Sonra Bolşoy Operasından məni Yəmənə göndərdilər. Orada milli teatr qurmalı idim. Hər gün "Məşədi İbad"dan hissələri məşq edir, pianonu isə çırtma vurmaqla əvəz edirdik. Önəmli olan bu idi ki, Yəmənin paytaxtı Ədəndə milli teatrı 1982-ci il martın 28-də Üzeyir bəyin əsəri ilə açdıq. Orada "Otello" daxil olmaqla 20-yə yaxın əsəri tamaşaya qoydum. Yəməndən sonra yenidən Böyük Teatrasonra da Bakıya gəldik. Bakıda isə "Leyli və Məcnun", "Aşıq Qərib", "Şah İsmayıl" s. operaları tamaşaya qoydum.

 

- Əflatun müəllim, yaradıcılığınızda Türkiyə dövrü xüsusi bir yer tutur. Türkiyədə beynəlxalq səhnə layihələriniz oldu. Bu necə baş verdi?

 

- İndiki kimi yadımdadır. Bir gün məni təcili nazirliyə çağırdılar. Türkiyənin mədəniyyət turizm naziri Namik Kamal Zeybək Bakıya gəlmişdi. O, 1990-cı ilin noyabr ayında "Şah İsmayıl" operasına baxandan sonra məni Türkiyəyə dəvət etdi (1991). Əvvəlcə Süleyman Ələsgərovun "Milyonçunun dilənçi oğlu" əsərini Ankarada səhnəyə qoydum. Oradan döndükdə Türkiyənin o zaman yeni təyin olunmuş mədəniyyət və turizm naziri Fikri Sağlar mənə dedi ki, Mersində də opera teatrı qurum. Məni oraya baş rejissor təyin etdilər. Teatra əvvəlcə Nazim Rzayevi, sonra isə Firəngiz Əlizadəni dəvət də etdim və məşqlərə başladıq. Mersin Dövlət OperaBalet Teatrı mənim təklifimlə "Arşın mal alan"ın tamaşası ilə açıldı. Balet səhnəsi isə Firəngiz Əlizadənin yazdığı "Boş Beşik" baleti təqdim olundu. Orada bir çox əsərləri səhnəyə qoydum. 1995-ci ildə türk teatrının korifeyi Prof. Cüneyt Gökçər Mersində bizə qonaq gəldi və dedi ki, İhsan Doğramacı səni Bilkent Universitetinə dəvət edir. Ankaraya gəldik, Bilkənd Universitetində ilk dəfə iki "Teatr rejissoru" və "Opera rejissoru" bölümlərini və Bilkənt teatrını qurdum, tamaşalar səhnələşdirdim. 2003-cü ildə isə məni Qazi Universitetinə Konservatoriya qurmağa dəvət etdilər. 2006-cı ildə Ankarada mənim librettom əsasında "Dodaqdan qəlbə" operası tamaşaya qoyuldu. Bütün bunlarla yanaşı elmi fəaliyyətimi də davam etdirirdim: 2000-ci ildə dosent və 2006-cı ildə isə professor elmi dərəcələrini qazandım.

 

- Türkdilli ölkələrin sənətçilərini ilk dəfə bir araya siz gətirərək beynəlxalq mədəniyyət layihəsinə imza atmısınız. Bu barədə nə deyə bilərsiniz?

 

- İlk beynəlxalq layihəm Çətin İşıközüllünün "Ağrı Dağı" (1999) digər adı da və "Gülbahar (2000) operaları oldu. Hər iki operaları Ağrıdakı İsak Paşa Sarayın içərisində tamaşaya qoydum. Bakıdan Azərbaycan Dövlət Xor Kapellasını, Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri Afaq Məlikovanı dəvət etdim. O zaman Düsen Kaseinov Qazaxıstanın mədəniyyət naziri idi və mən onunla telefonla danışır, sənətçi istəyirdim. O da göndərirdi. Tamaşaya Özbəkistandan da sənətçi çağırdım. Beləliklə, 6 türkdilli dövlətin və ayrıca Tatarıstan və Başgurdistan sənətkarlarından ibarət opera tamaşasını təşkil etdim. "Koroğlu" layihəsini Bilkent Universitetində başladım. Layihə Anıtqəbir yanında bir meydanda olacaqdı. Amma onu həyata keçirə bilmədik. Sonra elə gətirdi ki, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinovla tanış oldum və layihəni ona göstərdim. O da dedi ki, bu bizim layihədir, lakin maddi imkanımız yoxdur. İndiki xarici işlər naziri Mövlud Çavuşoğlu mənə kömək etdi. Rauf Abdullayevlə birlikdə 45 gün Bişkekdə tamaşanı məşq etdik.

 

Beləliklə, 2009-cu ildə Bişkekdə 2 tamaşa, Almatıda və Ankarada isə 1 tamaşa göstərdik. Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabrda "Koroğlu" tamaşasını Bakıda göstərdik. Bu, TÜRKSOY-un birinci beynəlxalq layihəsi idi. İkinci layihə təklifi Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günaydan gəldi. O bildirdi ki, Birinci İstanbul Dünya Opera Festivalının finalı üçün "Koroğlu" tamaşasını hazırlayın. Bu ikinci Beynəlxalq Layihəni Astana Opera Teatrında Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Qırğızıstan və Azərbaycandan gələn sənətkarlarla məşqlərə başladım. Astanadan həmin kollektivlə birlikdə İstanbula gəldik. 4 ölkənin mədəniyyət nazirləri səhnəyə çıxdı, 6 min tamaşaçı bizi ayaq üstə qarşıladı. Bunun ardınca 2011-ci ildə Parisdə göstəriləcək "Novruz Şöləni" tamaşası üçün eyniadlı ssenari hazırladım. Bütün türk dövlətlərindən 169 nəfər sənətçi topladıq və Ankarada məşqlərə başladım. 28 mart 2011-ci ildə tamaşanı UNESCO səhnəsində göstərdik. Sonra "Novruz Şöləni"u Strasburqa apardıq.

 

- Sizin TÜRKSOY-la birgə fəaliyyətinizə eyni zamanda "Alpamış", "BirjanSara" kimi operalar da daxildir...

 

- Düsen Kaseinov TÜRKSOY-un rəhbərliyinə gələndən sonra qurum çox dinamik işləyir. Onun təklifi ilə Erkəgəldi Raxmadiyevin "Alpamış" operasını, sonra isə Mukan Tölebayevin 100 illik yubileyində "BirjanSara" operasını tamaşaya qoydum. Operanı Samsun Dövlət Operasında səhnəyə qoydum bu tamaşanın finalında hər kəs ağlayırdı. "BirjanSara" da "Koroğlu" qədər bəyənildi. Tamaşanı 4 böyük şəhərdə beynəlxalq festivala dəvət etdilər.

 

Bütün bunlarla yanaşı, bu illərdə kitablarımı yazmaqda da davam etdim. Bu günə qədər 18 kitabım nəşr olunub. Hazırda Prezident İlham Əliyevə həsr etdiyim "Siyasət səmasında parlayan ulduz" adlı kitabım nəşr olunmaq üzrədir. İkinci "Zirvələrdən Zirvələrə" kitabım da çap olunur. Eyni zamanda Ankara vilayət qəzetində məqalələrlə çıxış edirəm. Ümumiyyətlə, mən yazmasam yaşaya bilmərəm. Bu günə qədər yazdığım min yüz səksən doqquz məqalələrdə bütün sahələri əhatə etmişəm. Təkcə Qarabağla bağlı 300 səhifə material yazmışam. Harada yaşamağımdan asılı olmayaraq, qəlbim hər zaman Azərbaycanla döyünür. Yubileyimdə də öz torpağıma, öz vətənimə təşəkkür etdim, çünki məni bu torpaq yetişdirib.

 

Mehparə SOLTANOVA

 

525-ci qəzet.- 2015.- 15 yanvar.- S.7.