"Burdan min atlı keçdi" tamaşası nümayiş etdirilib

Yaxın günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-dramaturq Hidayətin Burdan min atlı keçdi əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılacaqdır.

Teatrdan AzərTAc-a bildirmişlər ki, dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovdur.

Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədi ilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.

Səhnə əsərində İrəvan və Sumqayıt teatrlarının aktyorları rol almışlar.

525-ci qəzet.- 2015.- 15 yanvar.- S7.

Bakı, 19 oktyabr (AzərTAc). Yaxın günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-dramaturq Hidayətin Burdan min atlı keçdi əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılacaqdır.

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 15 yanvar.- S7.