Milli Kitabxananın direktoru Misir Mədəniyyət Mərkəzində olub

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov elmi katib Əminə Cəfərova yanvar ayının 15-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzində olublar.

 

Mədəniyyət Mərkəzinin müdiri doktor Əhməd Sami Elaydy ilə görüşdə Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı mədəni əlaqələrdən söhbət açılıb, illərdən bəri davam edən qarşılıqlı elmi-mədəni əlaqələr, dostluq münasibətləri qeyd edilib.

 

Görüşdə Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanası İskəndəriyyə Kitabxanası ilə əlaqələrdən danışılıb, Azərbaycan Milli Kitabxanası tərəfindən Misir Milli Kitabxanası arasında ikitərəfli əməkdaşlıq barədə Memorandum Layihəsinin təqdim olunması müzakirə olunub. Azərbaycan Milli Kitabxanası ilk dəfə olaraq cari ildə Misir kitab sərgisində nümayiş olunmaq üçün ədəbiyyat göndərib.

 

K.Tahirov Ə.Cəfərova Mədəniyyət Mərkəzinin kitabxanası ilə tanış olub, kitabxanaya kitablar hədiyyə ediblər.

 

525-ci qəzet.- 2015.- 17 yanvar.- S.16.