Azərbaycanlı gənc bəstəkar Rusiyada birincilik qazanıb

 

Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bəstəkarlıq ixtisası üzrə X sinif şagirdi Arzu Abbasova yeni uğura imza atıb. Gənc ifaçı İstedadlı Uşaq Gənclərə Dəstək Fondunun təşkilatçılığı ilə 2014-cü ilin payızında Rusiya Federasiyasının Novosibirsk şəhərində keçirilən gənc bəstəkarların 17-ci beynəlxalq müsabiqəsinə qatılıb. A.Abbasova müsabiqəyə fortepiano fleyta üçün yazdığı Nağıllar aləmində əsərini təqdim edib.

Musiqi məktəbinin direktoru Yusif Vəliyevin bildirdiyinə görə, bu günlərdə müsabiqənin nəticələri açıqlanıb. Rusiya Federasiyası Bəstəkarlar İttifaqının üzvü, bəstəkar-ifaçıların beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Anisimovanın sədrlik etdiyi münsiflər heyətinin qərarı ilə Arzu Abbasova birinci dərəcəli diploma layiq görülərək müsabiqənin laureatı adını qazanıb.

O deyib ki, A.Abbasova bu əsəri ilk dəfə 2012-ci ildə Bəstəkarlar İttifaqında keçirilən Azərbaycanda uşaq musiqisi: problemlər perspektivlər mövzusunda elmi-praktik konfransda ifa edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 24 yanvar.- S.17.