Dövlət Gənc Tamaşaçılar Teatrı III Riçardı təqdim edib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şekspirin “III Riçard” tamaşasının premyerası olub.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə səhnəyə qoyulub.

 

Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

 

Tamaşada əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev başqaları ifa edib.

 

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 28 yanvar.- S.7.