Rusiyalı nümayəndə heyəti Milli Kitabxanada olub  

 

 

Rusiya Federasiyasının Mətbuat Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı bibliofil Mixail Seslavinski, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, “Moskovskiy komsomolesqəzetinin baş redaktoru Pavel Qusev Kommersantnəşriyyat evinin strateji məsələlər üzrə direktoru Viktor Loşak M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. Görüşün əsas məqsədi Milli Kitabxananın nadir kitablar fondunda mühafizə olunan qiymətli kitablarla nadir kolleksiyalarla tanışlıq olub.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara kitabxananın tarixi, orada mühafizə olunan nadir kolleksiyalar onların mühafizə vəziyyəti haqqında ətraflı məlumat verib. Kitabxananın ayrı-ayrı şöbələri ilə əyani tanış olan qonaqları Milli Kitabxanada təşkil olunan sərgilər, nadir kitablar kitabxana muzeyi xüsusilə maraqlandırıb. On beş il əvvəl bu fondun zirzəmidə kiçik bir otaqda yerləşdiyini öz gözləri ilə gördüklərini deyən qonaqlar, hazırda həmin qiymətli kolleksiyaların 2 mərtəbədə çox gözəl şəraiti olan işıqlı otaqlarda yüksək zövqlə hazırlanmış rəflərdə mühafizə edilməsindən çox məmnun olduqlarını söyləyiblər. XIX əsrdə XX əsrin əvvəllərində çap olunmuş bir sıra nadir kitablarda müəlliflərin avtoqraflarının olması qonaqları xüsusilə heyrətləndirib. Onlar bu kitabların titul vərəqlərindəki avtoqrafların Moskvada nəşr olunan “Pro kniqiBibliofiljurnallarında çap olunacağını bildiriblər.

 

Sonra qonaqlara ilk Azərbaycan çap kitabı, habelə kitabxanada

saxlanılan XVI əsrə aid ən qədim çap kitabı, miniatür kitab kolleksiyası da nümayiş olunub.

 

Kitab mədəniyyəti üzrə tədqiqatçı bibliofil Mixail Seslavinskininin yenicə çapdan çıxmış kitabının artıq kitabxananınYeni kitablarsərgisində nümayiş olunması müəllifi heyrətləndirib.

 

Qonaqlar muzeyin xatirə kitabına öz ürək sözlərini yazıblar.

 

Görüşün sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlaraAzərbaycan Milli Kitabxanası.

 

Fotoalbom”,“Old Baku”, “Azərbaycan keçmiş əsrlərdə bu gün. Xəritə.”, “Teppishe culture erbekitablarını, “Milli mənəviyyat xəzinəmiz.”, “Klassika”, “Cazzdisklərini hədiyyə edib.

 

S.ABDULLAYEVA

 525-ci qəzet.- 2015.- 28 yanvar.- S.7.