Azərbaycanda Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi yaradılıb

 

BUNUNLA BAĞLI İŞLƏRİ MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ İLƏ MİLLİ KİTABXANA BİRGƏ HƏYATA KEÇİRİB

 

Mədəniyyət Turizm Nazirliyi cəmiyyətin sənəd-informasiya tələbatını, o cümlədən, ədəbiyyata olan tələbatının daha dolğun müfəssəl şəkildə ödənilməsi bu sahədə informasiya kommunikasiya texnologiyalarındən istifadə edilməsi istiqamətində müntəzəm olaraq mühüm layihələr həyata keçirir. Bu sahədə əhəmiyyətli addımlardan biri pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif kitabxana sistemlərinin vahid sturukturda birləşdirilməsi tabeçilikdə olan bütün kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (cls.az) yaradılmasıdır.

 

Oxucularla münasibətləri sadələşdirən digər mərkəzləşdirilmiş kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən portalda məlumatlarm yerləşdirilməsi, yenilənməsi elektron mübadilə sisteminin digər funksiyaları ilə kitabxana əməkdaşlarını yaxından tanış etmək məqsədi ilə yanvarın 21-dən 23-dək 25-dən 28-dək Milli Kitabxanada treninqlər keçirilib.

 

Milli Kitabxana Mədəniyyət Turizm Nazirliyi ilə birgə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) hazırlayıb. ULTRA şirkəti bu sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanıb, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə çalışıb. Hazırlanmış ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC 21, ISO 2709, UNICODE, Z 39.50 digər standard protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir. Birgə layihə olan ALİSA sistemi Milli Kitabxana tərəfindən rayon MKS-lərinə tətbiq olunacaq. Proqram Komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat statistika digər modullardan ibarətdir. Bütün proseslərin reallaşdırılması üçün Azərbaycan Milli Kitabxanasında "Vahid Elektron Kitabxana Qeydiyyat Məlumatların İdarəedilməsi Sistemi" üzrə avadanlıqların tətbiqi proqram təminatının yaradılması işləri həyata keçirilib, kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların məlumatlarının idarəedilməsi qorunması üçün ekranlaşdırılmış server otağı ("DATA" Mərkəz) yaradılıb.

 

İki mərhələdə keçirilən treninqlərdə respublikanın 64 rayon 9 Bakı şəhər MKS- i əhatə olunmaqla 100-ə qədər mütəxəssis iştirak edib. Treninqləri Milli Kitabxananın ULTRA şirkətinin mütəxəssisləri aparırdı.

 

Treninqlərdə mütəxəssislərə kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (cls.az) yaradılması portala materialların ötürülməsi yolları, e-maillərin açılması b. məsələlər izah edilib.

 

Treninqin yekununda Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxış edərək müdavimlərə uğurlar, müvəffəqiyyət arzulayıb, treninqlərin nəticəsi kimi dərhal portala materialların ötürülməsini tövsiyə edib. O bu portalın üstünlüklərini bir daha önə çəkmiş, portalda mövcud olan kitabların biblioqrafik yazısının mübadiləsinin mümkünlüyündən danışıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov milli avtomatlaşdırılmış sistem olan ALİSA-nın üstünlüklərini bir daha önə çəkib. O, əvvəllər İRBİS proqramı ilə işləyən bölgələrimiz artıq sınaqdan çıxmış ALİSA proqramı ilə işləyəcəklərini bildirib. Biblioqrafik yazılar Milli Kitabxanada redaktə olunub sistemə daxil ediləcək. Q.Abbasov sistemə keçidin həm vaxt, həm də maddi itkinin qarşısını alacağını bildirib.Küveytdə Azərbaycanla bağlı nəşrlər çapdan çıxıb

 

Küveytdə fəaliyyət göstərən "Vətənsevər" Dostluq Cəmiyyətinin təşəbbüsü ilə şair Şahin Musaoğlunun vətənpərvərlik ruhunda qələmə aldığı "İgid əsgər möhkəm dayan" şeirlər kitabı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin əməkdaşı Babək Əhmədov tərəfindən ərəb dilinə tərcümə olunaraq nəfis tərtibatla bu ölkənin məşhur "Əl-Risalə" mətbəə evində çap edilib.

 

Səfirlikdən AzərTAc-a bildirilib ki, həmin mətbəədə, həmçinin Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərə əlavə olaraq dahi şairin həyat və yaradıcılığından bəhs edən ərəb dilində, rəngli və nəfis tərtibatlı kitabça hazırlanaraq nəşr olunub.

 

525-ci qəzet.- 2015.- 29 yanvar.- S.7.